Yurd yerlərimizin coğrafiyası

 

Jurnalist-etnoqraf Ənvər Çingizoğlu və AMEA-nın Coğrafiya İnstitutunun dissertantı Natiq Qubadoğlunun “Azərbaycan tarixi yurd yerlərinin coğrafiyası” adlı kitabı bugünlərdə “Mütərcim” nəşriyyat-poliqrafiya mərkəzində çap olunub. Kitab AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Elmi Şurasının qərarı ilə çapa tövsiyə olunub. Nəşrin elmi redaktoru coğrafiya elmləri üzrə fəlsəfə doktoru Mahirə Abbasova, redaktoru Nazim Tapdıqoğlu (Vəlişov), rəyçilər coğrafiya elmləri doktoru Nadir Məmmədov və tarix üzrə fəlsəfə doktoru Mahal Qacardır.

Kitabda Azərbaycanın qədim yurd yerlərinin toponimiyasına geniş yer verilib. Giriş hissədə göstərilir ki, bu vaxta qədər Azərbaycanın qədim yurd yerlərindən az yazılıb. Bu səbəbdən də qonşu erməni, gürcü tədqiqatçıları Azərbaycanın ayrı-ayrı bölgə və tarixi yurd yerlərinin adlarını təhrif edərək özlərinin torpaqları kimi qələmə veriblər. Kitabda müxtəlif səpkili qaynaqlardan istifadə olunub.

Nəşr tədqiqatçılar, müəllim və tələbələr, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

 

Savalan Fərəcov

 

Mədəniyyət.- 2015.- 10 aprel.- S. 10.