Azərbaycanın
turizm bazarı geniş
imkanları ilə maraq doğurur
Bakıda
«Jumeirah Group»a daxil olan hotellərin
təqdimatı keçirilib
Aprelin 7-də «Jumeirah Bilgah Beach Hotel»də «Jumeirah Group»a daxil olan hotellərin
təqdimatı keçirilib. Bu münasibətlə «Madinat Jumeirah», «Jumeirah Beach Hotel», «Jumeirah Zabeel Saray» (Dubay), «Jumeirah Frankfurt» (Almaniya), «Jumeirah Carlton
Tower», «Jumeirah Lowndes Hotel» (Böyük
Britaniya), «Jumeirah Pera Palace», «Jumeirah Bodrum Palace» (Türkiyə)
və «Jumeirah Grand
Hotel Via Veneto» (İtaliya) hotellərinin
nümayəndələri Bakıya
gəlib.
Azərbaycanlı tərəfdaşlarla əməkdaşlığı
daha da inkişaf
etdirmək məqsədi
daşıyan tədbirdə
qonaqlar ölkəmizdə
fəaliyyət göstərən
70-ə yaxın aparıcı
turizm şirkətinin
təmsilçisinə öz
hotelləri barədə
məlumat veriblər. Bildirilib ki,
«Jumeirah Hotels & Resorts» xaricə
səfər edən azərbaycanlı turistlər
arasında çox populyardır və bu səbəbdən də Azərbaycanın turizm şirkətləri ilə yaxından əməkdaşlıq edirlər.
«Madinat Jumeirah» hotelinin satış üzrə direktor müavini Anjela Kuznesova deyib ki, Azərbaycanın turizm bazarı geniş imkanları ilə maraq kəsb edir: “Biz azərbaycanlı tərəfdaşlarımızla
15 ilə yaxındır
əməkdaşlıq edirik».
Direktor müavini bildirib ki, Dubaydakı «Madinat Jumeirah» hoteli «Evindən uzaqda yerləşən evinə xoş gəlmisən» şüarı
ilə fəaliyyət
göstərir: “Azərbaycan
da daxil olmaqla, müxtəlif ölkələrdən gələn
turistlər yenidən
qonağımız olurlar.
Bu isə bizim
üçün hər
şey deməkdir».
Qonaq Bakı
haqqında da təəssüratlarını bölüşüb. Qeyd edib ki, Azərbaycanın paytaxtına
artıq ikinci dəfədir səfər
edir. Onun sözlərinə görə, azərbaycanlıların
Dubaya marağı azalmır və bu səbəbdən də ölkənin turizm şirkətləri ilə əlaqələri
ildən-ilə daha da genişlənir.
«Jumeirah Group»un
London hotellərinin təmsilçisi
Olqa Şatreviç də Bakıya iki dəfə səfər etdiyini və hər dəfə məmnun qaldığını vurğulayıb.
Onun sözlərinə
görə, belə təqdimatlar gələcəkdə
əlaqələrin möhkəmlənməsində
öz rolunu oynayacaq: «Hələ Bakıya səfərə
gəlməzdən əvvəl
həmkarlarım və
dostlarım mənə
demişdilər ki, bizim hotellər Azərbaycan bazarında çox populyardır. Bu tədbirdən sonra mən buna tamamilə əmin oldum».
Tədbir çərçivəsində müxtəlif uduşlu oyunlar keçirilib. Qaliblər
«Jumeirah Group»a daxil olan hotellərdən
birində istirahət
etmək imkanı qazanıblar.
Fəxriyyə
Abdullayeva
Mədəniyyət.- 2015.- 10
aprel.- S. 9.