Dünya Mədəniyyətlərarası Dialoq Forumu ilə bağlı təqdimat

 

Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə həyata keçirilən və ölkəmizin müsbət beynəlxalq imicinin formalaşmasında böyük əhəmiyyətə malik olan “Bakı ProsesininDünya Mədəniyyətlərarası Dialoq Forumunun elmi - tədqiqi və təşviqi, habelə respublikamızın elmi ictimaiyyətinin sözügedən sahəyə diqqətinin artırılması məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən müxtəlif elm və təhsil ocaqlarında elmi təqdimatlar təşkil edilir.

Növbəti təqdimat Azərbaycan Dillər Universitetində keçirilib. Universitetin tələbə müəllim heyətinin iştirakı ilə keçirilmiş təqdimatda nazirliyin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Vasif Eyvazzadə Elm sektorunun müdiri Asif Usubəliyev məruzələrlə çıxış edərək dinləyicilərə mövzu ilə əlaqədar geniş məlumatlar verib, sözügedən istiqamətdə dövlət siyasətinin əsas prioritetlərini açıqlayıblar. Maraqlı fikir mübadiləsi ilə davam edən tədbirdə ölkəmizin elmi potensialından istifadə olunması ilə bağlı müzakirələr aparılıb.

 

Mədəniyyət.- 2015.- 10 aprel.- S. 7.