Ötən il Şəkiyə 50 mindən
çox turist gəlib
Ölkəmizin önəmli turizm mərkəzlərindən biri
olan Şəkiyə əcnəbi qonaqlar hər zaman böyük maraq göstərirlər. Azərbaycan memarlığının nadir incisi, XVIII əsrə aid dünya əhəmiyyətli
tarixi-memarlıq abidəsi
olan Şəki Xan Sarayı, «Yuxarı Karvansaray» kompleksi, Kiş kəndindəki qədim alban məbədi və digər yerlər turistlər üçün cəlbedici
məkanlardır. Rayona gələn
turistlərin sayı ildən-ilə artır.
Şəki Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri
Mirvari Zeynalovanın sözlərinə görə,
ötən il
bu rəqəm 50 mindən yuxarı olub. Bunun 20 faizini xarici
ölkələrdən gələn
turistlər təşkil
edir. Rayonda 14 mehmanxana və
mehmanxana tipli obyekt fəaliyyət göstərir.
Şöbə müdiri deyir ki, Şəki rayonu da iyunda
ölkəmizdə keçiriləcək
Avropa Oyunlarına ciddi hazırlaşır. Onun sözlərinə görə,
bu dövrdə yerli sənətkarlar, mehmanxana və hotel əməkdaşları, əlaqədar
xidmət təşkilatlarının
işçiləri öz
fəaliyyətləri ilə
fərqlənəcəklər: «İstəyirik ki, Şəkiyə daha çox turist gəlsin və bununla da Azərbaycanda
turizm sahəsinin inkişafına öz töhfəmizi vermiş olaq».
F.Abdullayeva
Mədəniyyət.- 2015.- 10
aprel.- S. 7.