Misirdə Qarabağ mövzusunda ilk doktorluq dissertasiyası müdafiə olunub

 

Misirin Qahirə şəhərində yerləşən Eyn əş Şəms Universitetində “Müstəqillik dövrü Azərbaycan hekayələrində Qarabağ probleminin təcəssümü (1991-2010)” mövzusunda doktorluq dissertasiyası müdafiə olunub. Universitetin türk dili və ədəbiyyatı bölməsinin doktorantı Ayişə Əbdülvahidin müdafiəyə təqdim etdiyi dissertasiya işində Azərbaycanın müstəqilliyi dövründə Dağlıq Qarabağ probleminə həsr olunmuş 50-dən artıq hekayə tədqiqata cəlb olunub. Onların arasında Xalq yazıçısı Elçin, Qılman İlkin, Elçin Hüseynbəyli, Nüşabə Məmmədli, Vaqif Sultanlı, Əlabbas, Aygün Həsənoğlu, Kamil Əfsəroğlu, Mahirə Abdulla, Eyvaz Zeynalov, Kamran Nəzirli, Sevinc Nuruqızı və başqalarının hekayələri yer alıb.

Dissertasiyada Qarabağ problemi tarixi, siyasi, ictimai, iqtisadikulturoloji kontekstdə əks olunub, hekayələr ideya-məzmun, problematika və bədii sənətkarlıq baxımından araşdırılıb. Doktorantın elmi rəhbəri Eyn əş Şəms Universitetinin professoru Azza İssavidoktor Əhməd Sami Elaydidir. Tədqiqat işi Misirdə Qarabağ probleminə həsr olunmuş ilk dissertasiya kimi diqqəti çəkir.

 

Mədəniyyət.- 2015.- 10 aprel.- S. 7.