Xidmət sahəsi
üzrə təlim-tədris kursları davam
edir
Xəbər verdiyimiz kimi, ölkəmizdə təşkil olunacaq I Avropa Oyunlarına hazırlıq məqsədilə aprelin 6-da Bakı Turizm Peşə Məktəbində xidmət sahəsi üzrə təlim-tədris kursları başlayıb. Paytaxtda fəaliyyət göstərən 30-a yaxın mehmanxanadan 100-dən artıq dinləyicinin iştirak etdiyi təlim-tədris kurslarında 5 sahə - idarəçilərin təlimçi olaraq hazırlanması, qeyd-qəbul, xadiməçilik, masa xidməti və yeməklərin hazırlanması ixtisasları üzrə dərsləri Türkiyədən dəvət olunmuş müəllim heyəti tədris edir.
Azərbaycanın və Türkiyənin Mədəniyyət və Turizm nazirliklərinin əməkdaşlığı çərçivəsində 10 ilə yaxındır ki, respublikanın turizm potensiallı şəhər və rayonlarında fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli obyektlərdə çalışanlar üçün mütəmadi təlim-tədris kursları təşkil olunur.
Aprelin 13-də "Excelsior" mehmanxanasının "Afurca" zalında dinləyicilərə
sertifikatların verilməsi ilə kurslar başa çatacaq.
Mədəniyyət.- 2015.- 10
aprel.- S. 4.