Xalça Muzeyi ilə tanışlıq britaniyalı qonaqda zəngin təəssürat yaradıb

 

Viktoriya Albert Muzeyinin direktoru Martin Rot aprelin 9-da Azərbaycan Xalça Muzeyində olub. Qonağa məlumat verilib ki, xalçaçılıq sənətinin əsas bədii istiqamətlərini əks etdirən muzey ekspozisiyası xalçalara məxsus unikal gözəlliyin, materialın, yaradılma texnikasının, nəfis dərin bədii xüsusiyyətlərin harmoniyasını nümayiş etdirir. Muzeyinqızıl fondu”nu xovlu xalçalar təşkil edir. Burada Azərbaycanın 7 əsas xalçaçılıq məktəbi - Quba, Bakı, Şirvan, Gəncə, Qazax, Qarabağ Təbriz xalçaçılıq məktəbləri təmsil olunub. Xalçalar insan, heyvan, quş təsvirləri ilə, bitki ornamentləri xalqın həyatını əks etdirən süjetli motivlərlə bəzədilib. Qeyd edilib ki, muzeyin kolleksiyasında xovsuz xalçaların nadir nümunələri təmsil olunub.

Qonağa bildirilib ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük əməyi sayəsində 2010-cu ildə milli xalçaçılıq sənəti UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib.

Muzeydə quraşdırılmış xüsusi monitorda dünya kolleksiyalarındakı Azərbaycan xalçaları, Avropa sənətkarlarının əsərlərində onların əks etdirilməsi nümayiş olunur. Burada Viktoriya Albert Muzeyinin kolleksiyasında saxlanılan məşhurŞeyx Səfixalçasının reproduksiyası da var. Muzeyin ekspozisiyasında nümayiş etdirilən ehtiyat fondlarında saxlanılan xalçalar arasında XVII, XVIII, XIX XX əsrlərdə yaradılmış məşhur kompozisiyaları görmək olar.

Azərbaycan Xalça Muzeyi qonaqda böyük təəssürat oyadıb. Martin Rot “Rəy kitabı”na ürək sözlərini yazıb. Muzeyin direktoru Röya Tağıyeva Martin Rota xatirə hədiyyələri təqdim edib.

 

Mədəniyyət.- 2015.- 10 aprel.- S. 3.