Ədəbi tənqidimizin keşiyində müsəlləh əsgər

 

Professor Nizaməddin Şəmsizadənin 60 illik yubileyi qeyd edildi

 

Aprelin 9-da Mədəniyyət Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Dövlət mükafatı laureatı, filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadənin 60 illik yubileyinə həsr olunmuş ədəbi-bədii gecə keçirildi.

 

Tədbirdə baş nazirin müavini Elçin Əfəndiyev, mədəniyyət turizm naziri Əbülfəs Qarayev, nazirin birinci müavini Vaqif Əliyev, hökumət nümayəndələri, Milli Məclisin deputatları, elm mədəniyyət xadimləri iştirak edirdi.

Gecəyə toplaşanlar teatrın foyesində alimin elmi-bədii yaradıcılığını əhatə edən nəşrlərdən ibarət sərgi ilə tanış oldular.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri, AMEA-nın müxbir üzvü, professor Nizami Cəfərov mərasimdə açılış nitqi ilə çıxış edərək Nizaməddin Şəmsizadənin Azərbaycan ədəbiyyatında, ədəbi tənqidində öz obrazını yaradan alimlərdən olduğunu dedi: “Hələ tələbəlik illərindən ədəbiyyatşünaslığımızın mühüm problemləri ilə məşğul olmağa başlayan Nizaməddin Şəmsizadə ilk məqalələrindən diqqəti cəlb etmiş bir ədəbiyyat adamı kimi tanınmağa başlamışdı. Nizaməddin müəllim ədəbi prosesdə fəal mövqeyi olan, həm müasir ədəbiyyat problemləri, həm tənqidimizin tarixi nəzəriyyəsi ilə intensiv sürətdə məşğul olan tənqidçilərdəndir. O həm bədii yaradıcılıqla məşğul olmağı bacaran ədəbiyyatşünasdır”.

Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Xalq şairi Zəlimxan Yaqub, Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetinin rektoru, professor Fərəh Əliyeva başqaları çıxış edərək görkəmli alimin zəngin yaradıcılığından danışdılar. Alimin yetişən nəsillər üçün dəyərli mənbə olan kitablarından, uzunillik pedaqoji fəaliyyətinin nəticəsi olan dərsliklərindən söz açıldı, onun elmimizin sadiq keşikçisi kimi öz missiyasını ləyaqətlə davam etdirdiyi vurğulandı. Bildirildi ki, N.Şəmsizadə böyük ənənələri olan Azərbaycan tənqidinə müasirlik problemi ilə gəlib. Onun hər bir əsərində orijinal fikrini, özünəməxsus üslubunu, obrazlı ifadəsini, prinsipial tənqidçi mövqeyini görmək mümkündür. O, 30-a yaxın elmi, nəzəri, ədəbi-tənqidi, fəlsəfi-publisistik kitabın müəllifidir. Milli ideologiyamızı əks etdirənAzərbaycançılıqkitabı, üçcildlikSeçilmiş əsərləri”, ali məktəblərdə əsas tədris vəsaiti kimi istifadə olunanƏdəbiyyat nəzəriyyəsidərsliyi ədəbi-nəzəri fikrimizin nailiyyətlərindən sayılır. AlimHeydər Əliyev Azərbaycan ədəbiyyatıkitabına görə 2010-cu ildə Dövlət mükafatına layiq görülüb.

Gecədə Nizaməddin Şəmsizadə haqqında vaxtilə akademiklər Kamal Talıbzadə, Bəkir Nəbiyev, Xalq yazıçısı Elçin başqa dəyərli söz adamlarının dediyi fikirlər səsləndirildi, şeirlərindən nümunələr təqdim olundu.

Maraqlı konsert proqramı, rəngarəng muğam ifaları ilə zəngin gecənin sonunda çıxış edən yubilyar tədbirin təşkilində əməyi olan hər kəsə minnətdarlığını bildirdi, bundan sonra da ədəbi tənqidimizin keşiyində müsəlləh əsgər timsalında duracağını vurğuladı.

 

Həmidə

 

Mədəniyyət.- 2015.- 10 aprel.- S. 2.