Əyalət rəssamının
fərdi sərgisi
Hacıqabul Rayon Tarix-Diyarşünaslıq Muzeyində peşəkar rəssam Mehman Zahidovun fərdi sərgisi açılıb. Tədbirdə Hacıqabul şəhər orta məktəblərinin şagird və müəllimləri, eləcə də rayon ərazisində yerləşən Pir Hüseyn Xanəgahı Tarix-Memarlıq Qoruğunun və rayon Heydər Əliyev Mərkəzinin kollektivi iştirak edib.
Mehman Zahidov 1954-cü ildə Hacıqabulda anadan olub, Bakıda Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində təhsil alıb. Rəssamın əsərlərinin böyük bir hissəsi tarix-diyarşünaslıq muzeyində qorunub saxlanılır.
Sərgidə rəssamın natürmort,
mənzərə, kompozisiya, portret, akvarel janrlarında
150-yə yaxın rəsm əsəri nümayiş
olunur. Sərgi aprelin
sonunadək davam edəcək.
Mədəniyyət.- 2015.- 10
aprel.- S.16.