Zəngin tarixyeni sənət üfüqləri

 

 Lənkəran Dövlət Dram Teatrı regionda yeganə professional sənət ocağıdır

 

Müsahibimiz Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının direktoru Tofiq Heydərovdur.

 

- Öncə bildirim ki, Lənkəranda professional teatrın tarixi XIX əsrin sonlarına təsadüf edir, - deyə Tofiq Heydərov söhbətə başlayır. - 1891-ci ilin 18 yanvarında Lənkəranda Nəcəf bəy VəzirovunYağışdan çıxdıq, yağmura düşdükəsəri əsasındaOddan alovaadlı tamaşa səhnələşdirilib. Görkəmli Azərbaycan bəstəkarı Müslüm Maqomayev 1905-ci ildə müəllimlik fəaliyyətinə başladığı Lənkəranda həmçinin dram, xor nəfəsli orkestr dərnəkləri yaradıb, oğlanlarla yanaşı məktəbli qızları da bu dərnəklərə cəlb edib.

Lənkəranda teatrın təşəkkül tapmasında SSRİ Xalq artisti Sidqi Ruhullanın da böyük yaradıcılıq köməyi olub. 1912-ci ildə Lənkərana gələn S.Ruhulla burada dram heyəti yaratmaq istəyən həvəskarlarlaBəxtsiz cavan”, “Nadir şahfaciələrini, H.RzayevinCəhalət N.VəzirovunEv tərbiyəsinin bir şəklikomediyalarını səhnələşdirib.

1923-cü ildə yerli ziyalılardan Teymur ŞahverdiyevinAltı rəfatHəqiqi röyapyeslərinin tamaşaları da Lənkəranın mədəni həyatında əks-səda doğurub. Hər iki əsər yenicə yaradılmış Hüseyn Ərəblinski adına rayon xalq teatrı artistlərinin yerli ziyalıların qüvvəsi ilə hazırlanmışdı. Xalq teatrı təxminən 10 ildən çox fəaliyyət göstərərək sonralar yaradılmış peşəkar teatr üçün zəmin yaradıb. Həqiqət Rzayeva, Münəvvər Kələntərli, Haşım Kələntərli, İsmayıl Talışinski, Cahan xanım Talışinskaya kimi məşhur sənətkarlar ilk addımlarını Lənkəran xalq teatrının səhnəsində atıblar.

1934-cü ilin payızında Lənkəranda açılan Dövlət Dram Teatrı 1949-cu ilə kimi səmərəli fəaliyyət göstərib. Müharibə illərində böyük yaradıcılıq müvəffəqiyyətlərinə görə teatrın direktoru rejissoru Qəni Vəliyev aktyor Kamil Nəcəfov Azərbaycanın Əməkdar artisti fəxri adına, bir qrup aktyor isə respublika Ali Sovetinin fəxri fərmanına layiq görülüb. Lənkəranlıların teatr sənətinə sonsuz məhəbbəti nəticəsində 1959-cu ilin dekabrında rayonda yenidən H.Ərəblinski adına xalq teatrı təşkil edilib. Teatra Əməkdar artist Kamil Nəcəfov rəhbərlik edib.

Ötən əsrin 70-ci illərində ümummilli lider Heydər Əliyevin respublikamıza rəhbərliyi ilə yalnız sosial-iqtisadi sahə deyil, incəsənətin bütün növləri, o cümlədən teatr sənəti tərəqqi etməyə başlayıb. Ayrı-ayrı bölgələrdə yeni teatrlar açılıb. 1973-cü ilin dekabrın 6-da Lənkəranda Mirzə İbrahimovunYaxşı adamkomediyasının tamaşası ilə Nəcəf bəy Vəzirov adına Dövlət Dram Teatrı fəaliyyətini bərpa edib. Onu da deyim ki, Sumqayıtda açılmış Dövlət Dram Teatrı Hüseyn Ərəblinskinin adını daşıdığı üçün Lənkəran teatrına görkəmli dramaturq N.Vəzirovun adı verilib.

Lənkəran teatrı ötən 42 ildə 200-dən çox əsərə səhnə həyatı verib, kollektiv Özbəkistanda, Gürcüstanda qastrol səfərlərində olub, Türkiyənin İstanbul, Ankara, Dənizli, Konya şəhərlərində beynəlxalq festivallarda uğurla iştirak edib. Teatrda hazırlanan Ü.HacıbəylininOlanlardan-keçənlərdən”, C.MəmmədquluzadəninÖlülər”, N.V.QoqolunMüfəttiştamaşaları Azərbaycan Dövlət TeleviziyasınınQızıl fondu”na daxil edilib. 2004-cü ildə teatrın binası əsaslı təmir edilərək yenidən qurulub. Hazırda teatrda iki Xalq artisti, üç Əməkdar artist olmaqla onlarla sənət fədaisi çalışır.

- Bu yaxınlarda qonşu İranda səfərdə olmusunuz. Təəssüratlarınızı eşitmək istərdik...

- Yanvarın 21-dən fevralın 1-dək İranın paytaxtı Tehran şəhərində keçirilən 33-cü beynəlxalq Fəcr teatr festivalında iştirak etdim. Səfər xoş təəssüratlarla yadda qaldı, bir sıra görüşlərə qatıldım, Almaniya, Fransa, Polşa Tehran teatrlarının tamaşalarını, eləcə Tehran teatr truppalarının məşqlərini izlədim, truppa rəhbərləri, rejissor aktyorlarla görüşüb söhbətlər apardım. Tehran şəhər teatrının direktoru beynəlxalq Fəcr festivalı təşkilat komitəsinin sədri Ərdəşir Salehpur ilə söhbət zamanı teatrımızla əməkdaşlıq məsələlərini müzakirə etdik. Əldə olunmuş razılaşmaya əsasən, Lənkəran Dövlət Dram Teatrının aktyor, rejissor texniki heyətdən ibarət işçilərinin Tehran Şəhər Teatrının, eləcə digər teatrların yaradıcılıq texniki imkanları ilə yaxından tanış olmaları üçün üçgünlük yaradıcılıq səfəri təşkil olunacaq.

Həmçinin Lənkəran Dram Teatrının 2015-ci ilin iyul ayında Tehran şəhərində keçiriləcək beynəlxalq adət-ənənə festivalında iştirakı müzakirə edildi. Bu tədbir ərəfəsində iranlı müəllifin əsərinin həmin ölkəni təmsil edən rejissor tərəfindən Lənkəranda bizim heyətlə tamaşaya qoyulmasının, festivaldan sonra həmin əsərin Tehran şəhərində oynanılmasının, eləcə teatrımız tərəfindən M.F.AxundzadəninLənkəran xanının vəzirikomediyasının Tehranda göstərilməsinin, Tehran Şəhər Teatrının da eyniadlı tamaşa ilə Lənkəranda çıxış etməsinin mümkünlüyü vurğulandı.

- Tofiq müəllim, kollektivinizin cari mövsümdəki digər yaradıcılıq işləri barədə deyə bilərsiniz?

- Cari mövsümə ötən ilin sentyabrın 19-da Əməkdar artist Adil Zeynalovun quruluşunda Xalq yazıçısı İlyas ƏfəndiyevinQəribə oğlankomediyasının tamaşası ilə başlamışıq. Ondan bir neçə gün öncə isə kollektivimiz Şəkidə keçirilən beynəlxalq teatr festivalında italyan dramaturqu Eduardo de FilipponunRuhlartamaşası ilə çıxış etdik. Teatrımızın baş rejissoru Tural Mustafayevin quruluş verdiyi səhnə əsəri böyük maraqla qarşılandı. Yeni tamaşalar üzərində işləyirik. Əməkdar artist Təvəkkül Əliyevin quruluşunda Soltan Məcid QənizadəninXor-xorkomediyasını yaxın günlərdə tamaşaçılara təqdim etdik. Əməkdar artist Adil Zeynalov Lev KorsunskininKələkbazkomediyasının məşqlərini aparır. Bundan əlavə, cari mövsümdə ElçininCəhənnəm sakinləri”, K.AbdullanınUnutmağa kimsə yox”, N.VəzirovunYağışdan çıxdıq, yağmura düşdükkomediyasının motivləri əsasındaMilyonçu dilənçi digər əsərləri tamaşaya qoymağı planlaşdırmışıq.

Onu da qeyd edim ki, aktyor tələbatına olan ehtiyacı ödəmək məqsədilə Mədəniyyət Turizm Nazirliyinin qərarı ilə teatrımızın nəzdindəÜmidstudiyası yaradılıb. Studiyanın dinləyiciləri həm gələcəyin aktyoru kimi potensial imkanlarını genişləndirir, həm teatrımızda aktyor bazası yaradır. Biz yeni nəsilləri əvəz edən aktyorlar yetişdirməklə, o gənclərə səhnə danışığı, aktyor sənəti, teatr tarixi s. dərslər keçirik. Dinləyicilərimiz tamaşalarımızda demək olar ki, əsas rolları oynayırlar, respublika üzrə müsabiqələrdə birinci, ikinci yerləri tutublar. Hazırda studiyaya yeni qəbul keçirilir. Fürsətdən istifadə edərək istedadlı oğlan qızları bacarıqlarını sınamağa çağırıram.

Əlbəttə, müəyyən problemlərimiz var. Teatrda müasir texnika qurulmalı, işıqlandırma sistemi dəyişilməli, kompüter sisteminə keçməliyik. Bütün bunların hamısı yüksək səviyyədə olmalıdır ki, tamaşanın keyfiyyətinə müsbət təsirini göstərə bilsin. Hörmətli nazirimiz Əbülfəs Qarayev ötən ilin sentyabr ayında teatrımıza baş çəkərkən kollektivlə görüşündə binada təmir işlərinin görülməsində köməklik göstəriləcəyini bildirib. Biz istər Mədəniyyət Turizm Nazirliyi, istərsə Lənkəran Şəhər İcra Hakimiyyəti tərəfindən göstərilən qayğı diqqəti əməli işimizlə doğruldaraq teatrımızın ölkənin qabaqcıl sənət ocaqlarından birinə çevrilməsi üçün bundan sonra da var-qüvvə ilə çalışacağıq.

 

Söhbətləşdi: Ağaddin Babayev

 

Mədəniyyət.- 2015.- 15 aprel.- S. 13.