Şəkidə
müharibə veteranları ilə görüş
Qoşunların Şəkidə yerləşən N saylı hərbi hissəsinin əsgər və zabitlərinin, L.Abdullayev adına şəhər diyarşünaslıq və İnçə-Zunud kənd folklor klubları bədii özfəaliyyət kollektivlərinin II Dünya müharibəsi veteranları ilə görüşü keçirilib.
Şəki Veteranlar
Şurasının sədri Mustafa Mustafayev veteranları əsgər və zabitlərə
təqdim edib. Qeyd olunub ki, II Dünya
müharibəsində Azərbaycandan 600 mindən çox insan cəbhəyə
gedib və onların da
yarıdan çoxu qəhrəmancasına
həlak olub. Tədbirin bədii hissəsində
İ.İdrisovun və tanınmış
zurnaçı X.İbrahimxəlilovun təqdim etdikləri
maraqlı konsert proqramı veteranların,
əsgər və zabitlərin zövqünü
oxşayıb.
Mədəniyyət.- 2015.- 15
aprel.- S. 13.