Ağstafada səyyar kitab sərgisi

 

Ağstafa Rayon Mədəniyyət və Turizm, Təhsil şöbələrinin təşkilatçılığı ilə yerli müəlliflərin əsərlərindən ibarət “Ağstafa - kamal ocağı” adlı səyyar kitab sərgisi təşkil edilir. Hər həftə rayonun bir kəndində nümayiş olunan sərginin məqsədi müəllifləri kənd ictimaiyyətinə, müəllim və şagird kollektivinə tanıtmaqdır. Vurğun qəsəbəsindəki orta məktəbdə təşkil edilən sərgi böyük rəğbətlə qarşılanıb. Məktəbin direktoru T.Şıxıyev sərginin təşkilinə görə dərin təşəkkürünü bildirib.

 

Mədəniyyət.- 2015.- 15 aprel.- S. 13.