ADMİU-da təlim kursu
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində ilk tyutor (fərdi təhsil proqramı həyata keçirən pedaqoq) hazırlığı kurslarının dinləyicilərinə sertifikatların təqdimetmə mərasimi keçirilib. ADMİU-nun rektoru, professor Fərəh Əliyeva çıxış edərək Bolonya prosesinə qoşulmuş ali təhsil müəssisələrində tyutorlara ciddi ehtiyac olduğunu, onların işlərinin daha böyük məsuliyyət tələb etdiyini vurğulayıb, iştirakçılara uğurlar arzulayıb. Qeyd olunub ki, bu kurslar gələcəkdə də davam etdiriləcək.
Tyutor kursları 2014-cü ilin noyabrından bu ilin aprelinədək davam edib. Kursun keçirildiyi
müddətdə təhsilini və yekun
imtahanını müvəffəqiyyətlə başa vurmuş namizədlərdən
7 nəfəri A-sertifikatına (qırmızı), 1 nəfəri
isə B-sertifikatına (göy) layiq görülüb.
Mədəniyyət.- 2015.- 15
aprel.- S. 11.