“Xaşxaşın
göz yaşı”...
“Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi Azərbaycanın Belçikadakı səfirliyinin dəstəyi ilə “Yüksək təhsil və fərdi inkişaf təşviq etmək. Bir-birlərinin təcrübələrindən öyrənmək” adlı mübadilə layihəsi həyata keçirir.
Belçika və Azərbaycandan olan gənc tələbələrin maarifləndirilməsi məqsədi daşıyan proqrama Bakı Uşaq Teatrının repertuarındakı “Xaşxaşın göz yaşı” tamaşası da daxil edilib. Arzu Soltanın qələmə aldığı və İntiqam Soltanın quruluş verdiyi tamaşa aprelin 12-də Q.Abbasov adına Mədəniyyət sarayında nümayiş olunub.
Qeyd edək ki, “Xaşxaşın göz yaşı” AİDS mövzusunda Azərbaycanda hazırlanmış ilk maarifləndirici teatr tamaşasıdır.
Tamaşa Beynəlxalq
Qızıl Xaç Komitəsinin Azərbaycandakı
nümayəndəliyinin sifarişi ilə
hazırlanıb.
Mədəniyyət.- 2015.- 15
aprel.- S. 11.