Sağlam Qida Günü ilə bağlı tədbir

 

 «Excelsior Hotel & Spa Baku» hotelində Beynəlxalq Şorba - Sağlam Qida Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirin əsas məqsədi «fast food», yəni hazır və tez qida anlayışına qarşı sağlamdüzgün yemək prinsiplərinin dəstəklənməsi olub.

Hotelin baş meneceri Turhan Poyraz tədbir iştirakçılarına dünya mətbəxindən diqqətlə seçilmiş «Vichysoisse soup» adlı tərəvəzli şorbanın hazırlanma qaydasını nümayiş etdirib. Norveç köklərinə dayanan, adı qədər qəliz tərkibə sahib olmayan, kartof, kərəviz, qaymaqqara balıq kürüsü ilə hazırlanan şorba media nümayəndələrinin iştirakı ilə hazırlanıb.

Baş menecer bildirib ki, yemək müxtəlif xalqları, ölkələri birləşdirən bir mədəniyyətdir: “Mən bu mədəniyyətin daha çox elmi tərəfini görürəm. Qidanın insanda yaratdığı dəyişiklik ruhuna xitab etməlidir. Bu elmi ədviyyat, təzə ərzaq və bacarıqlı əllərə həvalə etmək lazımdır. Təbii ki, klassik mətbəx təcrübəsi və müasir tendensiyalar diqqətdən kənarda qalmamalıdır. Bu iki məqamdan birini qaçırsaq, müştəri məmnuniyyəti ilə vidalaşmalı olarıq».

 

Fəxriyyə

 

Mədəniyyət.- 2015.- 15 aprel.- S. 10.