Britaniya Şurasının Bakıdakı nümayəndəsi ilə görüş

Azərbaycan Turizm və Menecment Universitetinin rektoru, tarix elmləri doktoru, professor Cəfər Cəfərov Böyük Britaniyanın «British Council» (Britaniya Şurası) təşkilatının Bakıdakı nümayəndəliyinin rəhbəri xanım Elizabeth Vaytla görüşüb.

Rektor qonağa tədris müəssisəsinin tarixi, fəaliyyəti, xarici əlaqələri, Britaniya universitetləri ilə əməkdaşlıq layihələri haqqında ətraflı məlumat verib. Xanım Vayt öz növbəsində təmsil etdiyi təşkilatın fəaliyyəti, ölkəmizdə həyata keçirilən layihələrdən danışıb. Görüş zamanı həmçinin ATMU tələbələrinin Britaniyada təcrübə keçmə və universitetlərlə mümkün əlaqə imkanları, o cümlədən əməkdaşlıq üzrə məsələlər müzakirə olunub.

Qonaq universitetin ingilis dili kafedrasının və bu ilin mart ayından fəaliyyət göstərən «Dil mərkəzi»nin əməkdaşları ilə də görüşüb.

 

Fəxriyyə Abdullayeva

 

Mədəniyyət.- 2015.- 15 aprel.- S. 9.