Teatr-məktəb
əlaqələri genişlənir
Gənc Tamaşaçılar Teatrı təhsil müəssisələri ilə yaradıcılıq əlaqələrini davam etdirməkdədir. Kollektiv Bakı şəhəri Yasamal rayonu 53 saylı, Xətai rayonu 171 saylı və Nizami rayonu 328 saylı məktəblərinin müəllim və şagird kollektivi qarşısında görkəmli dramaturq İlyas Əfəndiyevin “Sarıköynəklə Valehin nağılı” romanı əsasında hazırlanmış eyniadlı tamaşanı nümayiş etdirib.
Müəllim və şagirdlər
çıxış edərək teatrın rəhbərliyinə
və aktyorlara suallar ünvanlayıblar. Yasamal rayonu 53
saylı tam orta məktəbin direktoru Firəngiz Həsənova
Gənc Tamaşaçılar Teatrının
yürütdüyü uğurlu repertuar siyasətinin məktəblilərin
tərbiyəsində rolundan, uşaq və gənclərdə
teatra olan sevginin artırılması istiqamətində həyata
keçirilən tədbir və layihələrdən
danışıb.
Mədəniyyət.- 2015.- 15
aprel.- S. 5.