Qəbələdə
Abidələr və Tarixi Yerlər Günü qeyd olunub
Qəbələ Rayon Tarix-Diyarşünaslıq Muzeyində 18 aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə çıxış edən muzeyin direktoru Xalis Məmmədov əlamətdar günün tarixindən danışıb. Bildirib ki, 1983-cü ildən qeyd olunan bu gün hər bir abidənin qorunması, yaşadılması üçün böyük zəmin yaradıb.
Qeyd olunub ki, hər il tarixi abidələrlə
zəngin olan Qəbələyə, o cümlədən
tarix-diyarşünaslıq muzeyinə məktəblilərin
ekskursiyası təşkil edilir, onlara keçmişin
yadigarları haqqında məlumat verilir. Sonda tədbir
iştirakçıları Xalis Məmmədovun 1980-ci illərdə
çəkdiyi bir neçə fotomateriala baxıblar.
Mədəniyyət.- 2015.- 17
aprel.- S. 15.