Tariximizi öyrənək
Oğuz Rayon Tarix-Diyarşünaslıq Muzeyində Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar açıq qapı elan olunmuş, rayonun ərazisində yerləşən tarixi memarlıq abidələrinə ekskursiya və yürüşlər təşkil edilmişdir. Muzey əməkdaşlarının təşəbbüsü ilə gerçəkləşən yürüş qədim memarlıq abidəsi olan rayon tarix-diyarşünaslıq muzeyindən başlayaraq, rayonun şimal- şərqində yerləşən alban məbədi ilə davam etdirilmiş, Muxas kəndindəki qədim qüllə abidəsində yekunlaşmışdır.
Yürüş iştirakçılarına abidələr haqqında məlumat verilmiş, onların əhəmiyyəti, turizmdə rolundan söhbət açılmışdır.
M.Bəkirova,
Oğuz rayon
MKS-nin informasiya-resurs şöbəsinin müdiri
Mədəniyyət.- 2015.- 17
aprel.- S. 15.