Gənc rəssamın
sərgisi açılıb
Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına sərgi salonunda Sankt-Peterburq Rəssamlıq Akademiyasında təhsil alan naxçıvanlı tələbə Xaqan Bayramovun əsərlərindən ibarət sərgi açılıb. Mərasimdə muxtar respublikanın Rəssamlar Birliyinin sədri, Əməkdar rəssam Ülviyyə Həmzəyeva, Xalq rəssamı Arif Hüseynov, Əməkdar incəsənət xadimi, sənətşünas Ziyadxan Əliyev, Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov çıxış edərək ilk sərgisi açılan gənc rəssama yaradıcılıq uğurları arzulayıblar.
Türkiyə və İranın Naxçıvandakı baş konsulları Nihat Erşen və Mənsur Ayrım çıxış edərək gənc rəssamın ilk sərgisində iştiraklarından məmnun olduqlarını bildiriblər.
Sərgidə Xaqan Bayramovun 50-dək rəsm əsəri
nümayiş etdirilir.
Mədəniyyət.- 2015.- 17
aprel.- S. 15.