Faşizm üzərində
qələbənin 70 illiyinə həsr olunmuş tədbir
Şirvan Tarix-Diyarşünaslıq Muzeyinin təşkilatçılığı ilə Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecində II Dünya müharibəsində faşizm üzərində qələbənin 70 illiyinə həsr edilmiş tədbir keçirilib. Muzeyin baş elmi işçisi Aynur İbrahimova bu müharibənin nəticələrinin keçmiş SSRİ və Avropa xalqlarının taleyində oynadığı həlledici tarixi rol barədə məlumat verib.
Sonra muzeyin əməkdaşı Xatirə Əliyevanın “1941-1945-ci illər müharibəsində Azərbaycan neftinin rolu” mövzusunda məruzəsi dinlənilib. Qeyd edilib ki, müharibə illərində Sovet İttifaqında istehsal olunan neftin 70-75 faizini, benzinin isə 80 faizini Bakı verib, bununla da sovet qoşunlarının faşizm taunu üzərində qələbəsini təmin edib.
Sonda mövzu ilə bağlı videofilm
nümayiş olunub.
Mədəniyyət.- 2015.- 17
aprel.- S. 15.