Jurnalistika ilə
bağlı maarifləndirmə layihəsi
“RUH” Jurnalistləri Müdafiə Komitəsi “Tələbə gənclər arasında demokratik proseslərin dərinləşməsinə dəstək məqsədi ilə jurnalistikanın təbliği” layihəsinin icrasına başlayıb. Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçiriləcək və 2015-ci ilin aprel-iyul aylarını əhatə edəcək.
Layihədə ali məktəblərin bakalavr
pilləsində təhsil alan tələbələrin
jurnalistika ixtisasına marağını artırmaq,
onların jurnalistika fakültələrinin magistr pilləsində
təhsillərini davam etdirmələrini stimullaşdırmaq
başlıca hədəf kimi seçilib. Bunun
üçün Bakı ilə yanaşı, Gəncədə,
Mingəçevirdə, Quba və digər bölgələrdəki
ali məktəblərdə görüşlərin təşkili
planlaşdırılıb. Eyni zamanda tələbələr arasında
jurnalistika ilə bağlı sorğunun keçirilməsi nəzərdə
tutulur.
Mədəniyyət.- 2015.- 17
aprel.- S. 15.