Özbəkistanla
turizm sahəsində əməkdaşlıq müzakirə
edilib
Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev “Özbəkturizm” milli şirkətinin rəhbəri Fərrux Rzayevlə görüşüb. F.Rzayev turizm sahəsində əlaqələrin inkişafı istiqamətində görüləcək işlərdən danışıb.
Öz növbəsində səfir ölkələrimiz arasında çoxsahəli əməkdaşlığın inkişafından məmnun olduğunu bildirib. Söhbət zamanı turizm sahəsində birgə əməkdaşlığın dərinləşdirilməsi, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək, turizmin müxtəlif sahələrinə dair birgə layihələrin həyata keçirilməsi və digər məsələlər müzakirə olunub.
Görüşdə “Özbəkturizm”in beynəlxalq
əlaqələr şöbəsinin müdiri Diyor Pulatov, səfirliyin
birinci katibi, Daşkənddəki Heydər Əliyev adına
Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir
Abbasov iştirak ediblər.
Mədəniyyət.- 2015.- 17
aprel.- S. 9.