Sumqayıt
teatrı Türkiyədə festivalda iştirak edir
Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrı Türkiyənin Menemen bələdiyyəsinin təşkil etdiyi VII “İnadına” teatr festivalında iştirak edir.
Teatrın direktoru İslam Həsənov bildirib
ki, kollektiv festivala Əziz Nesinin “Öldür məni, can-ciyər”
əsərinin tamaşası ilə gedib. Tamaşanın
quruluşçu rejissoru Əməkdar artist Firudin Məhərrəmovdur,
rolları əməkdar artistlər Növrəstə Həşimova,
İlahə Səfərova və aktyor Mətləb Səfərov
oynayırlar. Festival çərçivəsində tamaşa
aprelin 16-da oynanılıb.
Mədəniyyət.- 2015.- 17
aprel.- S. 6.