Turizm informasiya mərkəzlərinin
elektron təbliğatı güclənir
Ölkəmizə gələn turistlərin və yerli vətəndaşların məlumatlandırılması məqsədilə bu gün ölkə üzrə 9 Turizm İnformasiya Mərkəzi tam gücü ilə fəaliyyət göstərir. Mərkəzlər paytaxt Bakıda, Naxçıvan Muxtar Respublikasında, Xaçmaz, Quba, Şamaxı, Zaqatala rayonlarında, Gəncə, Şəki və Lənkəran şəhərlərində yerləşir.
Mərkəzlərin əsas məqsədi yerli və xarici turistlərin bölgəyə cəlb olunması, informasiya texnologiyaları vasitəsilə müvafiq regionun turizm potensialı haqqında məlumatların yayılmasıdır. Bu məqsədlə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə mərkəzlərin saytları yenidən hazırlanır və müxtəlif dillərdə istifadəyə verilir.
Daha öncə üç mərkəzin (www.guba.travel, www.sheki.travel və www.zagatala.travel) portalı istifadəyə verilmişdi. Bu günlərdə əlavə dörd mərkəzin saytları (www.baku.azerbaijan.travel, www.ganja.travel, www.lankaran.travel və www.shamakhi.travel) fəaliyyətə başlayıb. Yaxın vaxtlarda portalların ingilis və rus dili versiyası da tam istifadədə olacaq.
Həmçinin Facebook sosial şəbəkəsində
bütün turizm informasiya mərkəzlərinin səhifəsi
yaradılıb.
Mədəniyyət.- 2015.- 17
aprel.- S. 5.