Ölkəmiz
Daşkənddə dünya xalqları festivalında təmsil
olunub
Özbəkistan paytaxtındakı Beynəlxalq Westminister Universitetində ənənəvi olaraq keçirilən dünya xalqlarının mədəniyyəti festivalında ölkəmizi Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi təmsil edib.
Açılış mərasimində universitetin rektoru Komilcan Karimov qərb təhsil standartlarının tətbiq edildiyi və Orta Asiyada xarici tələbələrin ən çox təhsil aldığı təhsil ocağında belə bir tədbirin keçirilməsinin əhəmiyyətini vurğulayıb.
Festivalda universitetlə sıx əməkdaşlıq edən Çin Xalq Respublikasının Daşkənddəki səfirliyinə, ölkəmizin Özbəkistandakı səfirliyi nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə, habelə Özbəkistandakı Hindistan Mədəniyyət Mərkəzinə fəxri diplomlar təqdim edilib.
Azərbaycan guşəsində ölkəmizin tarixinə, mədəniyyətinə, turizminə dair kitablar, Heydər Əliyev Fondu tərəfindən hazırlanmış "Qarabağ həqiqətləri" seriyasından rus və ingilis dillərində nəşrlər sərgilənib. Videoçarxda Azərbaycanın füsunkar mədəniyyəti, turizm gözəllikləri nümayiş olunub. Milli suvenirlərimiz, məişət əşyalarımız, Azərbaycan musiqi alətləri, Mədəniyyət Mərkəzinin nəzdindəki naxıştikmə və rəsm dərnəyi üzvlərinin əl işləri iştirakçıların marağına səbəb olub. Ziyarətçilərə ölkəmizlə bağlı məlumat verilib, kitab və jurnallar hədiyyə edilib.
Festivalda ABŞ, Böyük Britaniya,
İtaliya, Çin, İran, Misir, Hindistan, Pakistan, Orta Asiya
dövlətlərinin Özbəkistandakı mədəniyyət
mərkəzləri və səfirlikləri iştirak ediblər.
Mədəniyyət.- 2015.- 22
aprel.- S. 10.