“Min nəfəs,
bir səs” türk teatrlarını bir araya gətirib
Türkiyənin Konya şəhərində türkdilli teatrların ənənəvi “Min nəfəs, bir səs” teatr festivalı keçirilir. Bu il 8-ci dəfə təşkil olunan festivalda Azərbaycanı Şəki Dövlət Dram Teatrı təmsil edir. Kollektiv festivalda J.B.Molyerin “Xəsis” tamaşasını təqdim edəcək. Festivalın proqramına Türkiyə, Azərbaycan, Qazaxıstan, Dağıstan, Başqırdıstan, Türkmənistan, Kipr, Albaniya və Xakasiya teatrlarının tamaşaları da daxildir.
Festivalda fəxri qonaq qismində Akademik Milli
Dram Teatrının direktoru, professor İsrafil İsrafilov
iştirak edir. Xatırladaq ki, ötən il Milli Dram Teatrı
festivalda ölkəmizi “Dədə Qorqud” dastanının
motivləri əsasında hazırlanmış “İlahi oyun”
tamaşası ilə təmsil etmişdi. Festival müddətində
məşhur türk dramaturqu Haldun Tanerin xatirəsinə həsr
olunmuş beynəlxalq pyes müsabiqəsi də keçiriləcək.
TÜRKSOY və Türkiyə Mədəniyyət və Turizm
Nazirliyinin təşəbbüsü ilə keçirilən
müsabiqənin münsiflər heyətində professor
İsrafil İsrafilov da yer alacaq.
Mədəniyyət.- 2015.- 22
aprel.- S. 8.