Azərbaycan və
Bolqarıstan milli kitabxanalarının əməkdaşlığı
Aprelin 17-də Sofiya şəhərində M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası ilə Bolqarıstanın Müqəddəs Kirill və Mefodi Milli Kitabxanası arasında qarşılıqlı əməkdaşlıq barədə anlaşma memorandumu imzalanıb.
Sənədi Azərbaycanın Bolqarıstandakı səfiri Emil Kərimov və sözügedən kitabxananın direktoru Boryana Xristova imzalayıb.
Müqəddəs Kirill və Mefodi Milli Kitabxanasında reallaşan tədbirdə səfir E.Kərimov iki ölkə arasında əlaqələrin inkişafından, sənədin əhəmiyyətindən söz açıb. Müqəddəs Kirill və Mefodi Milli Kitabxanasının direktoru B.Xristova da öz növbəsində kitabxanaçılıq sahəsində əlaqələrin, təcrübə mübadiləsinin vacibliyini qeyd edib.
Tədbirdə həmçinin Müqəddəs
Kirill və Mefodi Milli Kitabxanasında Azərbaycanın
tarixini, mədəniyyətini əks etdirən sərginin
açılması barədə razılıq əldə
olunub.
Mədəniyyət.- 2015.- 22
aprel.- S. 7.