Azərbaycan
Konqreslər Bürosu Qazaxıstanda işgüzar turizm tədbirinə
qatılıb
Ölkəmizdə işgüzar turizmin inkişafı istiqamətində çalışan Azərbaycan Konqreslər Bürosu yeni görüşlər sənayesi bazarlarına çıxır. Qurum aprelin 16-da ilk dəfə Qazaxıstanın Almatı şəhərində «B2B Luxury & MICE Workshop» işgüzar görüşündə təmsil olunub. Büronun satış və marketinq üzrə meneceri Ayan Zeynalova Qazaxıstanın əsas səyahət şirkətlərinin təmsilçiləri ilə 20-dək işgüzar görüş keçirib.
B2B səyahət seminarı ənənəvi olaraq hər ilin aprel ayında Bakıda və Almatıda TMI (Tourism Marketing Intelligence) şirkəti tərəfindən təşkil olunan səyahət sənayesi tədbiridir və yerli səyahət sənayesinin üstünlük verdiyi beynəlxalq məhsullar, «Görüş və tanış ol» prosesi əsasında əvvəlcədən təyin olunmuş işgüzar görüşlər təklif edir. Tədbirin beynəlxalq iştirakçıları arasında müxtəlif regionlardan olan lüks hotellər, milli və regional turizm forumları, məkanın idarə olunması üzrə ixtisaslaşan şirkətlər (DMC) və eləcə də «Fashion & Shopping» şirkətləri var.
Xatırladaq ki, builki «B2B Luxury & MICE Workshop»
işgüzar görüşü Bakıda aprelin 14-də Mədəniyyət
və Turizm Nazirliyinin dəstəyi ilə keçirilib. Tədbirdə
Azərbaycanın qabaqcıl turizm şirkətləri, beynəlxalq
mehmanxana şəbəkələrinin, xarici dövlətlərin
turizm ofisləri və tur-operatorların nümayəndələri
iştirak edib.
Mədəniyyət.- 2015.- 22
aprel.- S. 6.