Muzey menecmenti
üzrə treninqlər keçirilib
Britaniya Şurası ölkəmizdə incəsənət sahəsində yeni layihəyə başlayıb
Böyük Britaniyanın “British Council” (Britaniya Şurası) təşkilatı Azərbaycanda fəaliyyət göstərdiyi 20 ildən artıq müddətdə bir çox sahələrdə layihələr həyata keçirib. Bu layihələr sırasında incəsənət sahəsi də əsas istiqamətlərdən biridir.
22-23 aprel tarixində Azərbaycan Milli İncəsənət Muzeyində təşkilatın bu sahədə fəaliyyət planına əsasən muzey mütəxəssisləri üçün ilk təlimlər keçirildi. Böyük Britaniyadan dəvət olunmuş mütəxəssislərin iştirakı ilə keçirilən "Muzey menecmenti" layihəsi mədəni irsimizin qorunması sahəsində öz töhfəsini verəcək.
Tədbirdə “British Council”in Avropa regionu üzrə direktoru Maykl Börd, “British Council” təşkilatının Bakıdakı nümayəndəliyinin rəhbəri Elizabeth Vayt, Böyük Britaniyanın Azərbaycandakı səfirinin müavini Stefen MakKormik, mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, Mədəniyyət və Turizm Nazirliyi Muzey işi sektorunun müdiri Azadə Hüseynova, Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Çingiz Fərzəliyev iştirak ediblər.
Görüşdə çıxış edən
nazir müavini Sevda Məmmədəliyeva bildirib ki, Britaniya
Şurası Azərbaycanın muzeylərində
çalışan mütəxəssislərin inkişafı
və bu sahəyə ictimaiyyətin marağının
artırılması üzrə uzunmüddətli layihə həyata
keçirir. Britaniya Şurası ilə birgə teatr, musiqi,
xoreoqrafiya, müasir incəsənət sahəsində bir
çox maraqlı layihələr həyata keçirilib:
“Böyük məmnuniyyətlə qeyd etmək istərdim ki,
Britaniya Şurasının ölkəmizdəki fəaliyyəti
Böyük Britaniya və Azərbaycan arasında dostluq əlaqələrinin
daha da möhkəmlənməsinə, müxtəlif sahələrdə
qarşılıqlı əməkdaşlığın
uğurlu inkişafına xidmət edir. Əminəm ki,
Britaniya Şurasının Avropa regionu üzrə direktoru
Maykl Bördün Azərbaycana səfəri mədəni
irsimizin qorunması sahəsində gələcək layihələrlə
bağlı fəaliyyətə böyük töhfə verəcək
və ölkələrimiz arasında mədəni əməkdaşlığın
daha da inkişafına xidmət edəcəkdir”.
Mədəniyyət.- 2015.- 24
aprel.- S. 8.