İtaliya ilə
turizm əlaqələrinə həsr olunmuş konfrans
Aprelin 21-də İtaliyanın paytaxtı Romada "Classis-Project" qeyri-hökumət təşkilatı tərəfindən "Sirli Azərbaycan: sivilizasiyaların kəsişməsində mədəni irs və təbii gözəlliklər" adlı layihəsi çərçivəsində "Azərbaycan və İtaliya arasında turizm əlaqələrinin qurulması" mövzusunda konfrans keçirilib. Tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə reallaşıb.
Tədbirdə Mədəniyyət və Turizm Nazirliyi İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin Qeyri-hökumət təşkilatları ilə iş sektorunun aparıcı məsləhətçisi Şahin Şahbazov iştirak edib.
Konfransın əsas məqsədi mədəniyyət
sahəsində fəaliyyət göstərən
qeyri-hökumət təşkilatları ilə əlaqələrin
qurulması və Azərbaycanın turizm potensialının,
tarixinin və mədəniyyətinin İtaliyada təbliğ
edilməsidir.
Mədəniyyət.- 2015.- 24
aprel.- S. 8.