Polşada Azərbaycan musiqisi gecəsi

Polşanın Poznan şəhərində Adam Mitskeviç adına Poznan Universitetinin türkologiya fakültəsinin tələbəsi Zuzanna Goslavskanın təşkilatçılığı ilə Azərbaycan musiqisi gecəsi keçirilib.

Ölkəmizin Polşadakı səfirliyindən bildirilib ki, gecədə Həmid İbadullayev (balaban/dəf), Monika Koşçelna (skripka/kamança) və Leşek Vıpixin (gitara) ifasında musiqilərimizdən nümunələr səsləndirilib.

Yüzdən çox polşalı dinləyicinin iştirak etdiyi tədbirdə həmin fakültənin magistri Radoslav Andjeyevski tərəfindən Azərbaycana həsr edilmiş təqdimat keçirilib.

 

Mədəniyyət.- 2015.- 24 aprel.- S. 8.