Məktəb və
teatr
Milli Dram Teatrının yaradıcı heyətinin üzvləri ilə görüş
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı Təhsil Nazirliyi ilə birgə “Məktəb və teatr” adlı layihə həyata keçirir. Layihə çərçivəsində növbəti tədbir Yasamal rayonundakı 53 nömrəli orta ümumtəhsil məktəbində reallaşıb.
Tədris ocağında Milli Dram Teatrının ən yeni səhnə nümunələrindən olan, Xalq yazıçısı İlyas Əfəndiyevin eyniadlı əsəri əsasında hazırlanmış “Mənim günahım” tamaşasının yaradıcı heyəti ilə görüş keçirilib.
Məktəbin direktoru Firəngiz Həsənova qonaqları salamlayaraq, görkəmli dramaturq İlyas Əfəndiyevin yaradıcılığı, Milli Dram Teatrında hazırlanan tamaşalar haqqında məlumat verib.
Görüşdə tamaşanın quruluşçu rejissoru, Xalq artisti Mərahim Fərzəlibəyov, baş rolun ifaçısı Xalq artisti Məleykə Əsədova, əməkdar artistlər Elşən Rüstəmov, Əjdər Həmidov, Hicran Nəsirova və teatrın baş inzibatçısı Elnur Məmmədov iştirak ediblər.
Yaradıcı heyət üzvləri şagirdlərə
teatr, ifa etdikləri obrazlar haqqında danışıb,
onların suallarını cavablandırıblar. Sonda “Mənim
günahım” tamaşasından parçalar nümayiş olunub.
Mədəniyyət.- 2015.- 24
aprel.- S. 6.