Xalq şairinin 90
illiyinə həsr olunmuş gecə
Aprelin 21-də Qusar şəhərindəki Heydər Əliyev Mərkəzində Xalq şairi Bəxtiyar Vahabzadənin 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Xatirə gecəsi şairin həyat və fəaliyyətini əks etdirən foto-slaydın nümayişi və müəllifin öz dilindən “Axı dünya fırlanır” şeirinin səsləndirilməsi ilə başlanıb.
MKS-nin şöbə müdiri Rübabə
Zahirova söz ustadının yaradıcılığı
haqqında danışıb. Muğam ifaçısı Telli
Eyyubova şairin sözlərinə bəstələnmiş
mahnıları ifa edib. Şəhər 5 nömrəli və
Çiləgir kənd tam orta məktəblərin şagirdlərinin
ifasında “Gülüstan” və “Muğam” poemalarından
parçalar, 4 saylı məktəbin müəllimi Solmaz
Hacıbalayeva, Balaqusar kənd orta məktəbinin müəllimi
Ceyhun Ağabəyov, yerli yazarlardan Müzəffər Sakit və
Məhbubə Ağayevanın ifasında şairin şeirləri
səsləndirilib.
Mədəniyyət.- 2015.- 29
aprel.- S. 12.