Mədəniyyət
xalqlar arasında dialoqda
əsas vasitədir
İtaliyanın Milan şəhərində beynəlxalq konfrans keçirilib
31 iyul - 1 avqust tarixlərində
İtaliyanın Milan şəhərində
"Expo-2015" ümumdünya sərgisi
çərçivəsində mədəniyyət nazirlərinin
iştirakı ilə beynəlxalq konfrans keçirilib. Tədbirdə Azərbaycanın
mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin
rəhbərliyi ilə nümayəndə heyəti iştirak edib.
Açılışdan
əvvəl İtaliyanın məşhur “Fondazione
Prada” qalereyasında qonaqlar
üçün gəzinti təşkil edilib və təqdimatlar keçirilib.
Açılış
mərasimində İtaliyanın Baş naziri Matteo Renzi,
UNESCO-nun baş direktoru İrina Bokova, İtaliyanın mədəni irs, mədəni fəaliyyət və turizm naziri Dario
Francesçini, 70-dən çox
ölkəni təmsil edən mədəniyyət nazirləri
və nümayəndə heyətləri iştirak
ediblər.
“Mədəniyyət
xalqlar arasında dialoqun
təkmilləşdirilməsində əsas vasitədir” mövzusunda keçirilən konfransın
iştirakçıları ölkələri sülhə, əmin-amanlığa,
qlobal dünyada mədəniyyət
vasitəsilə qalib gəlməyə
çağırıblar. Nazir Dario Francesçini
konfransın əhəmiyyətindən bəhs edib.
UNESCO-nun baş
direktoru İrina Bokova bildirib ki, dünyada sülhün qorunması baxımından belə
tədbirlərin davamlı olaraq
keçirilməsinə ehtiyac var.
Ayrı-ayrı
ölkələrin nazirlərinin çıxışları
ilə davam edən konfransda
mədəniyyətin müxtəlif aspektləri üzrə məsələlərə
toxunulub.
Problemlərin
aradan qaldırılmasında mədəniyyətin
mühüm rolu var
Konfransda çıxış edən
nazir Əbülfəs Qarayev
dünyada ölkələr və xalqlar arasında yeni dəyərlərin,
mövcud problemlərin həll
yollarının axtarılmasında mədəniyyətin mühüm rol
oynadığını deyib. Azərbaycanda multikulturalizm ənənələrinin
uzunmüddətli ənənələrə söykəndiyini
vurğulayan nazir bu il Bakıda üçüncü dəfə keçirilən
Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumunun və
ölkəmizin ilk dəfə ev sahibliyi etdiyi
birinci Avropa
Oyunlarının müxtəlif qitələrdən olan mədəni və dini
müxtəliflikləri bir araya gətirdiyini diqqətə
çatdırıb.
“Milan Expo-2015” sərgisində yer
alan Azərbaycan pavilyonundan
bəhs edən Əbülfəs Qarayev bildirib ki, üç
müxtəlif biosferi özündə
birləşdirən bu pavilyona
daxil olan zaman ziyarətçilər müxtəlif mədəniyyətlərin
yanaşma təcrübəsini bir daha görürlər.
Sonda nazir konfrans iştirakçılarını
2016-cı ilin 25-27 aprel
tarixlərində Bakıda keçiriləcək BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumuna dəvət edib.
İşgüzar görüşlər,
müzakirələr
Beynəlxalq
konfrans çərçivəsində mədəniyyət
və turizm naziri
Əbülfəs Qarayev bir
sıra görüşlər keçirib.
Avqustun 1-də Əbülfəs
Qarayevin İtaliya
Respublikasının mədəni irs, mədəni
fəaliyyət və turizm naziri Dario Francesçini
ilə görüşü zamanı iki ölkə arasında mədəniyyət
və turizm sahəsində əməkdaşlıq
məsələləri müzakirə edilib.
Əbülfəs
Qarayev konfransın əhəmiyyətini xüsusi vurğulayıb və 2016-cı ilin 25-27 aprel tarixlərində
Bakıda keçiriləcək BMT Sivilizasiyalar
Alyansının 7-ci Qlobal Forumu
zamanı da bu
mövzuların müzakirə ediləcəyini bildirib və həmkarını bu tədbirə dəvət edib.
Həmin
gün nazir
Əbülfəs Qarayev UNESCO-nun
baş direktoru İrina Bokova ilə görüşüb.
Görüşdə
Azərbaycan-UNESCO münasibətlərinin əsas istiqamətləri
və gələcək perspektivləri müzakirə edilib, Heydər Əliyev Fondunun
prezidenti, UNESCO-nun
xoşməramlı səfiri Mehriban
xanım Əliyevanın bu əməkdaşlığa
verdiyi töhfələrin və dəstəyin
qarşılıqlı münasibətlərin daha da dərinləşməsində mühüm rol
oynadığı vurğulanıb.
Konfrans çərçivəsində
bir sıra ölkələrin mədəniyyət
nazirləri ilə də görüşlər keçirilib. Bolqarıstanın
mədəniyyət naziri Vejdi
Rəşidov, Rusiyanın mədəniyyət naziri
Vladimir Medinski, Qətərin
mədəniyyət naziri Həməd bin Əbdüləziz Əl-Kavari, Bəhreynin
mədəniyyət naziri Şaikha
Mai Əl Xəlifə, Omanın mədəniyyət
naziri Haitham Tarik Taimoor Əl Said, Türkmənistanın
mədəniyyət naziri Annageldi
Qarajayev, Albaniyanın mədəniyyət
naziri Mirela Kumbaro Furxi və Belorus mədəniyyət nazirinin
müavini İrina Driga ilə görüşlər zamanı fikir mübadiləsi aparılıb, əməkdaşlıq
məsələləri müzakirə edilib.
Görüşlər
zamanı Əbülfəs Qarayev gələn
il Bakıda keçiriləcək BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu barədə məlumat
verərək həmkarlarını tədbirə dəvət
edib.
* * *
Avqustun 1-də beynəlxalq konfransa yekun vurulub. İki gün davam edən tədbirdə
30-dan çox ölkənin nazirləri
çıxış edərək mövzu
üzrə maraqlı fikirlər səsləndiriblər.
Konfransda yekun nitqi söyləyən İtaliyanın mədəni
irs, mədəni fəaliyyət və turizm naziri Dario
Francesçini iştirakçılara təşəkkürünü
bildirib və UNESCO-nun
baş direktoru İrina Bokovadan tədbirin
davamlı keçirilməsi baxımından dəstək
verilməsini xahiş edib. Nazir bildirib ki, konfransın “Mədəniyyət
xalqlar arasında dialoqun
təkmilləşdirilməsində əsas vasitədir" devizi səslənən
çıxışlarda da öz təsdiqini tapıb.
Qeyd edək ki,
tədbir çərçivəsində mədəni proqramlar da təşkil edilib. Tədbirin birinci günü İtaliyanın “Fondazione
Prada” qalereyasında sərgilərə
baxış keçirilib, dünyanın
məşhur opera teatrı La Skalada
tanınmış italyan bəstəkarı
Gioachino Rossininin “Sevilya bərbəri” tamaşası göstərilib.
Tədbirin ikinci günü
Leonardo da Vinçinin “Sonuncu şam yeməyi” (“Last Supper”) əsərinin saxlandığı Santa Maria Della
Qrasia monastırına tur
təşkil olunub.
Mədəniyyət.
– 2015. – 5 avqust. S. 3.