Lənkəranda
Rəşid Behbudovun 100 illik
yubileyi qeyd olunub
Prezident
İlham Əliyevin dünya
şöhrətli müğənni Rəşid Behbudovun 100 illik yubileyinin qeyd olunması ilə
bağlı imzaladığı sərəncama müvafiq olaraq Lənkəranda
tədbirlər keçirilir.
Şəhər Mədəniyyət mərkəzində
“Yurdum, yuvam, məskənimsən,
Azərbaycanım” devizi altında
keçirilən tədbirdə mədəniyyət
işçiləri, şəhər sakinləri, ictimaiyyətin
nümayəndələri iştirak ediblər.
Əvvəlcə Rəşid Behbudovun ifasında “Azərbaycan”
mahnısı səsləndirilib.
Mədəniyyət mərkəzinin direktoru Hafiz Mirzə,
şəhər Mədəniyyət və Turizm
Şöbəsinin müdiri Vüsal Nəsirli sənətkarın
yaradıcılığından söhbət açıblar.
Qeyd olunub ki, Rəşid Behbudov
dünyanın ən məşhur konsert
salonlarında rəngarəng repertuarlı saysız
çıxışları ilə Azərbaycan mədəniyyətinə
şöhrət qazandırıb.
Mədəniyyət mərkəzinin
“Çölləmə” rəqs qrupunun, “Vaqif” bədii qiraət dərnəyinin və
“Ülfət” instrumental ansamblının
üzvləri Azərbaycana həsr olunmuş
mahnı, şeir və rəqslərdən
ibarət geniş kompozisiya
təqdim ediblər. Gənc ifaçıların oxuduqları
mahnılar tamaşaçılar tərəfindən
alqışlarla qarşılanıb.
Mərasimdə mərkəzin dərnək
və kurslarını bitirmiş bir qrup şəxsə diplom və sertifikatlar, fəaliyyəti
ilə fərqlənən klub
işçilərinə təşəkkürnamələr
təqdim edilib.
Mədəniyyət. – 2015. – 5 avqust. S.
2.