“Biz bu günü
uzun illərdən bəri gözləmişik”
Dərbənd
teatrının kollektivi Prezidentin
sərəncamını rəğbətlə
qarşılayıb
Prezident
İlham Əliyevin Dərbənd şəhərində
fəaliyyət göstərən Azərbaycan Dövlət Dram Teatrının binasının yenidən
qurulması haqqında sərəncamı yaradıcı kollektiv tərəfindən böyük
rəğbətlə qarşılanıb.
Bu
teatrda 20 ildən artıq fəaliyyət
göstərən Azərbaycanın Əməkdar mədəniyyət
işçisi, Dağıstan
Respublikasının Əməkdar artisti
Laləzar Hüseynovanın sözlərinə görə, kollektiv çətin şəraitdə
işləməsinə baxmayaraq,
tamaşaçıların zövqünü
oxşamaqdan ötrü yorulmadan
çalışıb, daim maraqlı tamaşalar səhnələşdirib: “Öz binamızda uyğun
şərait olmadığından tamaşaları
Dağıstandakı digər teatrların səhnələrində
oynayırdıq. Bu da
istər-istəməz tamaşaçıların sayına təsir
göstərirdi. Tez-tez öz
teatr binamızın nə vaxt
təmir olunacağı ilə bağlı suallarla
qarşılaşırdıq. Azərbaycan Prezidentinin bu sərəncamı
teatrın yaradıcı kollektivi ilə
yanaşı, Dərbənddə, eləcə də bütün Dağıstan Respublikasında yaşayan azərbaycanlıların da böyük sevincinə
səbəb olub. Əminəm ki, Azərbaycan Dövlət Dram
Teatrı yenidən qurulduqdan sonra bu mədəniyyət
ocağı Dərbənddə ən yaraşıqlı binalardan biri kimi göz oxşayacaq.
Teatrın kollektivi bundan
sonra daha həvəslə
işləyəcək, tamaşaçılarını
bir-birindən gözəl səhnə əsərləri ilə
salamlayacaq”.
Mədəniyyət. – 2015. – 5 avqust. S.
4.