“Ana dilim şirindir”
Avqustun 1-də Bakı Şəhər
Mədəniyyət və Turizm İdarəsinin
təşkilatçılığı ilə Yasamal rayon parkında Azərbaycan
Əlifbası və Azərbaycan Dili
Gününə həsr olunmuş tədbir
keçirilib. Tədbirdə MKS tərəfindən
“Ana dilim şirindir” adlı kitab sərgisi
təşkil olunub. Şairə, publisist Zərəngiz Dəmirçi “Ana dilimizi sevək və qoruyaq” mövzusunda məruzə
ilə çıxış edib, ana dilimizə aid şeir söyləyib.
Tədbirin
bədii hissəsində İ.Əbilov adına Mədəniyyət
Mərkəzinin “İstedad” rəqs
ansamblı, xanəndələr Mirməmməd Cavadov, Arzu Əliyeva,
“Şəlalə” xalq çalğı
alətləri ansamblının solistləri, V muğam
müsabiqəsinin finalçısı Ülkər Orucova, Arzuman
Laçınlı, “Oğuzlar” folklor xalq ansamblının solisti aşıq Elçin
Rəşidoğlu, “Könül” xalq rəqs ansamblı, mərkəzin “Poeziya” teatrının üzvü
Türkan Məmmədlinin ifaları rayon sakinlərinin zövqünü
oxşayıb.
Mədəniyyət. – 2015. – 5 avqust. S12.