“Naxçıvanqala”
Tarix-Memarlıq Muzey Kompleksində əl
işlərinin satışı təşkil olunub
“Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əl işləri mağazası fəaliyyətə başlayıb.
Mağazada muxtar respublikada
yaşayan istedadlı qadınların tikmə,
toxuma, taxta üzərində
oyma nümunələri, böyüklər
və uşaqlar üçün
geyim dəstləri, məişət və
mətbəxdə istifadə olunan ləvazimatlar,
milli geyimlər, milli üslubda bəzədilmiş gəlinciklər,
süni güllərdən və
kağızdan hazırlanan kompozisiyalar, muncuq və daş-qaşlarla
hazırlanmış qadın bəzək əşyaları məmulatlarından
ibarət əl işləri satılır.
Mədəniyyət.- 2015.- 7
avqust.- S. 16.