Füsunkar təbiət qoynunda
200 yaşlı məscid
Türkiyənin Rizə vilayətinin Güneysu qəsəbəsi ərazisindəki “Qiblə dağı”nın zirvəsində inşa edilən 200-dən çox yaşı olan Qiblə Dağı Məscidi əsaslı surətdə yenidən bərpa olunub.
Qəsəbənin hər yerindən asanlıqla müşahidə edilən dağın zirvəsində qərar tutan məscid bir il beş aya hazır vəziyyətə gətirilib. Möhtəşəm turizm məkanı kimi tanınan ərazidə yerləşən məscidin ətrafında gözəl parklar salınıb, insanların istirahəti üçün hər cür şərait yaradılıb.
1800-cü ildə Moşula
Məhməd və Kuş Əhməd tərəfindən
inşa edilən məscid yanğın nəticəsində
dağılıb və 1960-cı ildə Yusif
Yılmaz tərəfindən bərpa olunub.
2010-cu ildə isə hazırkı Türkiyə Prezidenti Rəcəb Tayyib
Ərdoğanın göstərişi ilə məscidin
binası yenidən qurulub.
Mədəniyyət.- 2015.- 7
avqust.- S. 11.