Yeddi oğul istərəm”

 

Ötən illərin filmləri 

 

 

45 il əvvəl çəkilən ekran əsəri bu günmaraqla seyr edilir

 

“Ötən illərin filmləri” rubrikasında bu dəfə 45 il bundan öncə ekranlaşdırılan “Yeddi oğul istərəm” bədii filmindən söhbət açacağıq. Xalq şairi, dramaturq Səməd VurğununKomsomol poeması” əsərinin motivləri əsasında ekranlaşdırılan filmin əsas ideyası gənc inqilabçıların əzmkarlığı, qələbəyə olan inambu inam uğrunda mübarizəsindən ibarətdir. SSRİ-nin yaradılmasının 50 illiyinə həsr edilən ekran əsərinin yaradıcı heyəti “Azərbaycan komsomolu” mükafatına layiq görülüb.

 

Ssenari və əsər

 

Səməd Vurğunun yeniyetməlik dövrü Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı illərə təsadüf etmişdi. Həmin vaxt o, Qazax Müəllimlər Seminariyasına daxil olmuşdu. Sovet quruluşunun bərqərar olduğu zaman təhsilini tamamlayan şair əmək fəaliyyətinə yenicə başlamışdı. Şairin irsini araşdıranlar bildirirlər ki, S.Vurğun Qızıl Ordunun Qazaxa girməsinin, quruluşa qarşı çıxan iki nəfərin və Gəncə qiyamının iştirakçısı olmuş insanların Qazaxda hərbi inqilabi komitənin qərarı ilə güllələnməsinin şahidi olmuşdu. Həmin dövrdə gənc nəslin qırmızı inqilabçıların yolu ilə getməsi üçün onları komsomol sıralarına yazdırırdılar. Bütün bu hadisələr gənc şairin dünyabaxışına təsirsiz ötüşməmişdi.

Ona görə də müəllifin 1933-cü ildə qələmə aldığı “Komsomol poeması” əsərində bir xalqın ayrı-ayrı cəbhələrə bölünərək mübarizə aparması açıq şəkildə hiss olunurdu. Yusif Səmədoğlu da yazdığı ssenaridə xalqın həyatı, məişəti, adət-ənənələri, inancları mükəmməl təsvir etmişdi.

Poemada baş qəhrəman Bəxtiyar və Cəlal olsa da, film ekranlara çıxdıqdan sonra tamaşaçılar Gəray bəyi də baş qəhrəman kimi qəbul etdilər. Amma əsərin əsas süjet xətti Cəlalla bağlıdır. Cəlal və Humayın məhəbbəti əsərdə əsas hadisələrin inkişafına təsir edir. Gəray bəy filmdə hərtərəfli təsvir edilib. Bu obrazın öz əqidəsi, öz baxışı var. O, adətlərə sadiq insandır. Yeni qurulan hökumət Gəray bəyi öz adlı-sanlı titulundan, xoşbəxt həyatından məhrum edib. Filmdə intriqalar məhz bu fonda cərəyan edir.

Filmin quruluşçu rejissoru Tofiq Tağızadə, ssenari müəllifi Vaqif Səmədoğlu, rəssamı Nadir Zeynalov, bəstəkarı Xəyyam Mirzəzadədir. Rollarda Həsən Məmmədov, Əsgər İbrahimov, Əbdül Mahmudov, Şahmar Ələkbərov, Rafiq Əzimov, Elçin Məmmədov, Ələsgər İbrahimov, Həsənağa Turabov, Məhluqə Sadıqova, Hamlet Xanızadə, Zemfira İsmayılova, Məmmədrza Şeyxzamanov və başqaları çəkilib.

 

Çəkiliş məkanları

 

Ekran əsəri Bakı kəndlərində, Buzovna, Mərdəkan, Şağan, Şüvəlan, Fatmayıda və Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının pavilyonunda lentə alınıb. Filmi rejissor Kamil Rüstəmbəyov çəkməli imiş, amma bir gecənin içində film ondan alınaraq Tofiq Tağızadəyə həvalə edilir. Səbəb kimi K.Rüstəmbəyovun bəy nəslindən olması göstərilirdi. Aktyorlar 2 ay at minməyi, çapmağı öyrənirlər. Filmin ilk səhnələri Fatmayı kəndində çəkilib. Məscid səhnəsi, Bəxtiyarın camaatla söhbətləşməsi, eyni zamanda Cəlalla Humayın görüşübu kənddə lentə alınıb. Cəlalın ölümündən sonra qalan “6 oğulun” çıraq başında şeir söyləmə səhnəsi isə kinostudiyanın pavilyonunda çəkilib. Yaradıcı heyət filmdə atışma, partlayışla müşayiət edilən səhnələr olduğundan çəkilişi real qəbiristanlıqda lentə almaq istəmədiyindən qurulmuş səhnədən istifadə olunub. Filmin baş rəssamı Nadir Zeynalov qərara gəlir ki, qəbiristanlıq səhnəsi kənar bir yerdə qurulsun. Məkan olaraq Qobustan seçilir. Çünki Gəray bəyin düşərgəsi Qobustanda çəkilmişdi. Həm də orada rahat şəkildə at çapmaq, güllə atmaq, pirotexnikadan istifadə etmək olardı.

Aktyorlar, rollar

 

Yaddaqalan obrazlar müəllifi kimi tanınan Əməkdar artist Ənvər Həsənov bu filmdə Cəlalı canlandırıb. Bu, onun kinoda ikinci işidir. Aktyor həmin illəri belə xatırlayır: “Film 1969-cu ildə lentə alınıb. 19 yaşım vardı. Kinostudiyada işləyirdim. Filmə məni də dəvət etdilər. O vaxt qəribə bir situasiya yaranmışdı. Filmin bütün çəkiliş heyəti təsdiq olunmuşdu, bircə Cəlal rolundan başqa. Yeddi oğulu oynayan aktyorlardan 6 nəfəri artıq sınaq çəkilişlərindən keçmişdi, nəhayətdə mən dəvət olundum. Bədii şura mənim sınaq çəkilişimi qiymətləndirərək təsdiq etdi...”

Ə.Həsənov çəkiliş zamanı baş verən maraqlı hadisələrdən birini də nəql edir: “Qobustanda Cəlalın ölüm səhnəsi çəkilirdi. Mənim əl-ayağımı bağlayıb atın üstünə atdılar. At Cəlalı Bəxtiyargilin yanına, öz məkanına gətirməli idi. Kələntər dayı (İsmayıl Osmanlı) “Hamam-hamam içində, xəlbir saman içində..." - deyərək ata qırmanc vurur. Qobustanda isə çoxlu yaşıl rəngdə kərtənkələlər vardı. At 10-15 metr yeriyəndən sonra bu kərtənkələlərdənmi gördü, ya nədənsə hürkdü. Məni götürüb qaçmağa başladı. Baxmayaraq ki, mahir at sürən idim, əlim-ayağım bağlı olduğundan heç nə edə bilmirdim. Qarşıya baxanda uçurum gördüm. Fikirləşdim ki, artıq bitdi. Gözümü yumub Allaha dua etməyə başladım. Birgördüm kimsə özünü atın qabağına atdı, boynundan sallandı. Bu adam kinostudiyada işıq ustası işləyən Akif Məmmədzadə idi. Bu gün sağamsa, buna görə ona borcluyam. Sonra Tofiq müəllim ehtiyat edib həmin səhnəni çəkmədi...”

Xalq artisti, “yeddi oğulun Şahsuvarı - Rafiq Əzimov deyir ki, film bizi o dərəcədə məşhurlaşdırdı ki, küçəyə çıxanda görürdük ki, hamı bizi tanıyır. Bu filmdən sonra, demək olar ki, məni hər il filmə çəkdilər.

Komsomol poeması”nda Şahsuvar cılız, bir az da xəstə olur. Rafiq Əzimov da o zaman çox arıq olub. Xarici görünüşləri də çox oxşar olduğundan filmin rəssamı N.Zeynalov onu bəyənir və qəti qərar verir. Rafiq Əzimov o illərə qayıdır: “Cıdır” meydanındakı məşqlər zamanı hərə öz atını yemləyir, qayğısına qalırdı ki, heyvanlar öz müvəqqəti sahiblərinə öyrəşsinlər. Çünki elə həmin atlar da filmdə çəkiləcəkdi. Ayyarımlıq məşq zamanı oğulların, demək olar ki, hamısı atdan yıxılmışdı. Birinci yıxılan isə Bəxtiyar olmuşdu. Elə yıxılmışdı ki, diz qapağı zədələnmişdi və axsayırdı. İlk çəkilişlərdə axsaq iştirak etsə də, filmdə bu hiss olunmur”.

Qasım obrazını yaradan Əbdül Mahmudov çəkilişlərin birində atdan yıxılır, qabırğası sınır. Aktyor bədəni gipsdə olsa da, çəkilişlərdə iştirak edir. O deyir ki, filmdə iki rol dəyişdirilib. Gəray bəy obrazını dəyişmək istəyəndə isə Adil İsgəndərov buna qəti şəkildə etiraz edib. Deyib ki, Gəray bəyi Həsənağa Turabov oynamalıdır. Qabırğasının sınması bir yana, növbəti çəkilişdə damdan yıxılan aktyorun ayağında çat olurtromb yaranır. Buna görə də ayağı əməliyyat olunur.

 

Yeddi oğulun Bəxtiyarı

 

Unudulmaz aktyor Həsən Məmmədovun yaratdığı obrazlar sırasında “Yeddi oğul istərəm”dəki Bəxtiyarın özünəməxsus yeri var. Deyirlər, Tofiq Tağızadə Həsən Məmmədovu bu obraza sınaqsız çəkib. O, yalnız tərəf-müqabilləri ilə birlikdə çəkilən sınaqlarda iştirak edib.

Filmin final çəkilişləri çox yaddaqalan olub. Bəxtiyarın pilləkəndə oturub siqaret çəkdiyi səhnə 3 dubla çəkilib. Həmin çəkilişi xatırlayan Uzun Qasım - Əbdül Mahmudov deyir ki, şəxsən özü bu səhnəni səbirsizliklə gözləyirmiş: “Mən pilləkənin altında oturub maraqla Həsən Məmmədova baxırdım. Onun bu səhnəni necə yaradacağı mənə çox maraqlı idi. Gözünün içini, plastikasını görmək istəyirdim. Əslində mənə elə gəldi ki, o, heç etmədi. Çünki adət etdiyimiz pafosu, ah-ufları görəcəyimi düşünürdüm. Plyonka aşkarlanandan sonra bu epizoda baxanda dəhşətə gəldik. Bu səhnəni Həsən Məmmədov o qədər gözəl yaratmışdı ki. Qəribə nisgilli, kədərli baxışları vardı...”

Mərhum sənətkar Şahmar Ələkbərovun filmdə yaratdığı Qəzənfər obrazı xüsusilə seçilir, sevilir. Bu rolun sınaq çəkilişlərində aktyor, demək olar ki, iştirak etməyib. Çünki rol məhz Şahmar Ələkbərov üçün hazırlanmışdı. O, yalnızqardaşlarlatərəf-müqabil kimi çıxış edərkən sınaq çəkilişlərinə qatılır. Filmə tamaşa edəndə hamı QəqənininÖlmə, Qəzənfər əmi, ölmə!” deyə onu yaralı halda qucaqladığı səhnəni səbirsizliklə gözləyir. Bu, çox nadir səhnələrdəndir ki, hətta ölüm anında aktyor tamaşaçını faciənin içərisindən qoparıb, təbəssümə qovuşdurur.

Mərhum Elçin Məmmədovun filmə dəvəti təsadüfi olur. O, Mirpaşa obrazı ilə filmdə sözünü deyə bilir. Mirpaşanı Eldəniz Zeynalov oynamalı imiş. Amma o at çapmaqdan qorxduğu üçün filmə çəkilə bilmir. Film ilk dəfəVətənkinoteatrında nümayiş olunan zaman Elçinin atası, görkəmli rejissor Mehdi Məmmədov premyerada iştirak edir filmin finalını xüsusilə bəyəndiyini bildirir.

Zalımoğlu roluna aparılan sınaq çəkilişlərində iştirak edən Ələsgər İbrahimov uğurlu ifasına görə filmə çəkilməyə vəsiqə qazanır. Çəkilişlər zamanı Zalımoğlunun ən çox qorxduğu at minmək imiş. Kadrlarda da həmişə yeddi oğuldan ən axırda o gəlir. Ona görə at minmək çapmaq səhnələrində dublyorlardan istifadə olunub.

Yeddi oğul filmdə olduğu kimi, həyatda da bir-birinə yaxın dostluq münasibətində olublar. Möhtəşəm aktyor ansamblı tam peşəkar yaradıcı heyət bu filmin uğurlu alınmasında əsas amillərdən biridir. Mükəmməl operator işi, musiqi, geyim - bütün bunlar filmin sevilməsində, bu gün maraqla izlənməsində mühüm rol oynayıb. Uzun illər keçməsinə baxmayaraq, filmdə işlənənVur, Kələntər dayı, ürəyimdən vur!”, “Hamam, hamam içində s. ifadələr aforizmə çevrilib, dillər əzbəri olub.

 

Lalə Azəri

 

Mədəniyyət.- 2015.- 7 avqust.- S. 10.