Küveyt səfiri Turizm Menecment Universitetində olub

 

Avqustun 5-də Azərbaycan Turizm Menecment Universitetinin (ATMU) rektoru, tarix elmləri doktoru, professor Cəfər Cəfərov Küveyt Dövlətinin ölkəmizdəki fövqəladə səlahiyyətli səfiri Səud Əbdüləziz əl-Rumi ilə görüşüb. Rektor qonağa tədris ocağının fəaliyyəti, xarici əlaqələri barədə məlumat verib, universitetdə keyfiyyətli kadr hazırlığına böyük önəm verildiyini diplomatın diqqətinə çatdırıb. C.Cəfərov həmçinin ikili diplom proqramı təhsil-tədris-təcrübə-tədqiqat modelinin faydalarından söz açıb. Bildirilib ki, ATMU xarici ölkələrin nüfuzlu universitetləri müvafiq təşkilatları ilə əlaqələrin daha da genişlənməsinə hər zaman hazırdır.

Görüşdə müvafiq qurumlarla ikitərəfli əməkdaşlığın perspektivləri kontekstində ATMU-da təhsil alan tələbələr üçün Küveyt Dövlətinin hotellərində təcrübə semestrinin təşkili məsələsinə toxunulub.

Küveytli diplomat səmimi qarşılandığı üçün razılığını bildirib universitetə gələcək fəaliyyətində uğurlar arzulayıb.

 

Fəxriyyə Abdullayeva

 

Mədəniyyət.- 2015.- 7 avqust.- S. 8.