“Ana
dilim, doğma dilim”
Ümummilli lider Heydər Əliyevin 9 avqust 2001-ci il tarixli fərmanı ilə avqustun
1-i ölkəmizdə “Azərbaycan Dili və
Azərbaycan Əlifbası Günü” kimi qeyd olunur.
Əlamətdar günlə əlaqədar Ucar
rayon Mərkəzi Kitabxanasında “Dilimiz - milli
varlığımızdır” başlığında dəyirmi
masa, uşaq
şöbəsində “Ana dilim, doğma dilim” mövzusunda məktəblilərlə
görüş təşkil olunub. Eyni zamanda Ramal
kənd kitabxanasında “Dil dövlətin
varlığıdır”, Quləbənd kənd
kitabxanasında “Azərbaycan dili çox zəngin bir dildir”, Türkəci kənd kitabxanasında “Dilimiz mənəviyyatımızdır”, Qarabörk kənd kitabxanasında isə “Azərbaycan
dili və Azərbaycan əlifbası
müqəddəsdir” mövzularında tədbirlər keçirilib.
Mədəniyyət.- 2015.- 7
avqust.- S. 4.