Almaniyada mədəniyyətimizin təbliği
Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Resurs” Gənclərin İnkişafı İctimai Birliyinin Almaniyada həyata keçirdiyi “Azərbaycan mədəniyyətinin xarici ölkələrdə təbliği və tanıdılması” layihəsinin icrası başa çatıb.
Şuradan verilən məlumata görə, layihə Azərbaycan həqiqətlərinin, mədəniyyətimizin tərkib hissəsi olan musiqi və ədəbiyyat nümunələrinin Almaniyanın Duysburq şəhərində təbliği, ölkəmizdə bu sahəyə göstərilən dövlət qayğısından bəhs edir.
Layihə çərçivəsində muğam konsertləri, Azərbaycan mədəniyyətinin
təbliğinə həsr olunmuş dəyirmi
masalar təşkil edilib,
azərbaycanlı və türk
icmalarının nümayəndələri ilə
görüşlər keçirilib. Eyni zamanda mədəniyyət
və incəsənətimizə dair buklet, flayer, təqvim və
digər çap materialları vətəndaşlara
paylanılıb.
Mədəniyyət.- 2015.- 7
avqust.- S. 3.