Cəmşid Naxçıvanskinin 120 illik yubileyi qeyd edilib

 

Şəmkir hərbi birləşməsində Azərbaycanın ilk milli atıcı diviziyasının komandiri, general-mayor Cəmşid Naxçıvanskinin anadan olmasının 120 illiyinə həsr olunmuş tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər. Müdafiə Nazirliyinin zabiti Nazim Əhmədov, hərbi hissənin zabitləri Loğman XanlarovKamran Heybətov çıxış edərək görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin hərb tariximizdəki müstəsna xidmətləri, bacarıqlı sərkərdə kimi keçdiyi şərəfli döyüş yolu və Azərbaycanın müstəqilliyi uğrunda aparılan mübarizədə göstərdiyi şücaətlərdən danışıblar.

Çıxışlardan sonra C.Naxçıvanskinin 43 illik qısa, lakin şərəfli ömür yolunu əks etdirən sənədli film, fotosərgi və slaydlar nümayiş etdirilib.

 

Mədəniyyət.- 2015.- 7 avqust.- S. 3.