Baku Guide” bələdçi kataloqunun növbəti sayı çapdan çıxıb

Azərbaycan, ingilis və rus dillərində hazırlanan nəşrdə yerli və xarici filmlərin həvəskarları da diqqətdən kənarda qalmayıb. Afişa” bölməsində paytaxtın aparıcı kino nümayişi mərkəzlərinin yayımladıqları filmlər haqqında qısa məlumatlar verilib.

Ölkəmizin tarixi və mədəniyyəti ilə bağlı əlamətdar günlərə xüsusi yer ayıran kataloqda bu dəfə 2 avqust - Azərbaycan Kinosu Gününün tarixinə qısa nəzər salınır.

“Azərbaycan mətbəxi” rubrikasında oxucular bu yay günlərinin əvəzsiz neməti olan doğramacın resepti ilə tanış olacaqlar.

“Turistlər üçün informasiya” bölməsində isə onları maraqlandıra biləcək suallar ətraflı cavablandırılır. Kataloqda həmçinin şəhərdəki hotel, restoran, ticarət və əyləncə məkanları, turizm agentləri, aviakassalar, avtomobil kirayəsi və s. barədə məlumatlar yer alıb.

 

Mədəniyyət.- 2015.- 5 avqust.- S. 16.