Heykəllərin insanlarla birlikdədincəldiyi” park

 

Paytaxt turu

 

Yorulub yatan fotoqraf, növbəti gedişi düşünən şahmatçı, kepkalı çayçı, rəqs edən uşaqların heykəlləri, yaşıllıq, sərinlik - bir sözlə, gözəl istirahət məkanı...

Paytaxtımızın məxsusi koloriti ilə seçilən gəzməli, görməli parkları, istirahət məkanları çoxdur. İlin isti aylarında bu yerlərə gələnlərin sayı daha da artır. Bu istirahət guşələrinin hər birinin öz tarixi, öz xatirələri, öz gözəlliyi var. Onlardan biri Zabitlər parkıdır. Paytaxt turusilsiləsindən növbəti yazıda bu parkdan söz açacağıq.

 

Zabitlər parkının dünəni bu günü

 

Zabitlər parkı Bakının Nəsimi rayonu ərazisində yerləşir. Bir tərəfdən Əjdər bəy məscidi, Bakı Dövlət Sirki, digər tərəfdən isə çoxmərtəbəli binalarla əhatə olunub.

Sovet dövründə yaradılan park 1933-cü ilə qədər olan fotosənədlərdə Qızıl Ordu parkı, 1940-cı ilə kimi isə Sovet Ordusu parkı kimi qeyd olunub. İkinci Dünya müharibəsindən sonra Həzi Aslanov parkı adlandırılıb. Bir müddətPionerlərparkı da adlanıb. Bu gün isə əksəriyyət buranı Zabitlər parkı kimi tanıyır.

2009-cu ildə 4 hektar ərazisi olan parkda abadlaşdırma işlərinə başlanılıb. Ərazidə mövcud olan çoxyaşlı ağaclar saxlanılmaqla burada əlavə yaşıllaşdırma tədbirləri həyata keçirilib. Yenidənqurma işlərindən sonra 2011-ci ilin martında Prezident İlham Əliyevin iştirakı ilə parkın açılışı keçirilib gözəl məkan şəhər sakinlərinin istifadəsinə verilib.

 

Yaşıllıq, heykəllər xoş istirahət

 

Buradakı mühit insanı məftun edir. Ərazidə mövcud çoxillik ağaclar saxlanılmaqla əlavə yaşıllaşdırma tədbirləri həyata keçirilib. Paytaxtın mərkəzinə yaxın, hündür binaların, nəqliyyat axınının arasında, işgüzar şəhərin gərginliyindən dincəlmək üçün bütün yaş kateqoriyasına aid sakinlərin ideal istirahət məkanıdır.

Paytaxtdakı ən qocaman yaşıl məkanlardan biri olan Zabitlər parkında əsasən sərv, yapon soforası, Eldar şamı, zeytun, qovaq, yapon əzgili bitir. Hündür ağacların yaratdığı kölgəlik çox olduğundan burada güllər nisbətən azdır. Buna baxmayaraq, azaliya, pelarqoniya digər gül-çiçəklər parkdakı yaşıllığa rəng qatır.

Yenidənqurma abadlıq işləriAzimporttikinti şirkəti tərəfindən həyata keçirilib. Şirkətin inşaat mütəxəssisləri parkın tarixi koloritini qorumaqla yanaşı, yeni, orijinal dizayn həlli ilə daha cəlbedici mənzərə yaradıblar. Müxtəlif tematikalı heykəl fiqurlar da bu qəbildəndir. Parkın mərkəzi hissəsində ağızlarından su axan əzəmətli şir heykəlləri olan fontan qurulub. Yerli mütəxəssislər tərəfindən daşdan yonulmuş yeni fontan parka xüsusi gözəllik verir. Fontanın yaxınlığındakı oturacaqda sanki istidən yorulub, parkın sərinliyində yuxuya getmiş fotoqraf heykəli var. Heykəl tuncdan hazırlanıb. Bir az aralıda şahmat oynayan qoca sanki parka gələnləri öz ağıllı görkəmi ilə bu idman növünə maraq göstərməyə səsləyir. Sanki növbəti gedişi düşünən şahmatçı o qədər düşünüb ki, zaman onun üçün donub. Tuncdan hazırlanan daha bir heykəldə əllərində armudu stəkanlar tutmuş çayçı samovar görənlərdə xüsusi maraq oyadır.

Parkdakı bərpa işləri zamanı vaxtilə Leninin burada qoyulmuş heykəli götürülüb, amma altındakı betonu sökə bilməyiblər. Həmin betonun üzərinə saat quraşdırılıb.

Parkda yeni işıqlandırma sistemi, yeni oturacaqlar quraşdırılıb.

Qış mövsümündə aktiv istirahəti sevənlər üçün parkda 700 kvadratmetr sahəsi olan üstüörtülü buz meydançası fəaliyyət göstərir. Bura buz üzərində əylənmək istəyənlərin sevimli məkanına çevrilib.

Kiçikyaşlı uşaqlar da yaddan çıxarılmayıb. Burada onlar üçün oyun meydançaları, yelləncəklər yaradılıb. Tuncdan hazırlanmış uşaq heykəlləri, qu quşu balıq fiqurları balacaların əyləncəsinə daha da rəng qatır. Əl-ələ tutub oynayan uşaqların heykəlinə baxanda onların şən səsləri sanki adamın qulağında cingildəyir. Bağda olan uşaqlar da çox vaxt heykəllərə qoşulub rəqs edirlər.

 

Yaxşı ki, belə parkları qoruyub saxlayırlar

 

İlin bütün fəsillərində insanların istirahətləri üçün maraqlı məkan olan Zabitlər parkında bu qızmar yay günləri axşamçağı xüsusilə qələbəlik olur. Parkda olduğumuz müddətdə ağacların kölgəsində oturub rahat istirahət edən yaşlı insanlara, əylənən gənclərə qayğısız uşaqların oyunlarının şahidi oluruq. İmkan tapıb bir neçəsi ilə söhbətləşirik.

Vaqif Mirzəyev hər gün bu parkda dincəldiyini deyir: “Bura yaşadığımız evə çox yaxındır. Bu park həmişə istirahət üçün yaxşı yer olub. Çünki burada böyük ağaclar, yaşıllıqlar var. Hər gün axşamçağı biz yaşlılar bura yığışırıq, dərdləşirik. Təmirdən sonra bura gələn insanların sayı da çoxalıb. Yaxşı ki, belə yaşıllıqları, parkları qoruyub saxlayırlar. Biz təqaüdçü adamıq, gedib bahalı istirahət mərkəzlərində dincələ bilmirik”.

Nigar Həsənova ilə uşaqların istirahət etdiyi guşədə rastlaşıram. Nəvələri ilə birgə istirahət edən nənə parkın daha çox uşaqların istirahətinə yaradığını deyir: “Uşaqlar buradakı oyun meydançalarında istirahət etməyi çox sevirlər. Mən onlarla birgə gəlirəm”. Parkda yaradılan şəraitdən razılığını bildirən Nigar xanım, qorunub saxlanan yaşıllığın təmizliyin təqdirəlayiq olduğunu bildirir.

 

F.Hüseynov

 

Mədəniyyət.- 2015.- 5 avqust.- S. 12.