Arxeoloji abidələrin inklüziv
turizm perspektivləri
“MİRAS” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Arxeoloji abidələrin inklüziv turizm perspektivləri və əlillərin reabilitasiyasına dəstək” adlı layihə həyata keçirir. Layihə çərçivəsində 22-27 iyul tarixində Şamaxı, Ağsu, İsmayıllı rayonlarında 100-ə yaxın obyektdə araşdırmalar aparılıb, 135 nəfər arasında sorğu keçirilib.
Layihənin ilk mərhələsi sözügedən bölgələr haqqında məlumatın toplanması, ikinci mərhələ bölgələrdə icra hakimiyyəti, əmək və əhalinin sosial müdafiə mərkəzləri, xəstəxana, poliklinika, mədəniyyət və turizm obyektləri, qeyri-hökumət təşkilatları, ictimai birlik və cəmiyyətlər, fiziki imkanları məhdud insanlar və ümumi əhali arasında sorğulardan ibarət idi.
Sorğular zamanı bölgələrin əksəriyyətində
fiziki imkanları məhdud insanların mədəni-maarif
ocaqlarından, turizm obyektlərindən
istifadəsində əsas maneə kimi xüsusi nəqliyyatın, pandusların,
yolların, səkiyə qalxmaq və
düşmək üçün
cığırların, lift və
qaldırıcı qurğuların, imkanı məhdud
insanları müşayiət edəcək bələdçilərin
olmaması qeyd edilib.
Mədəniyyət.- 2015.- 5
avqust.- S. 10.