“Ana
dilimizi sevək, qoruyaq”
F.Köçərli adına Respublika Uşaq Kitabxanasında "Ana dilimizi sevək, qoruyaq" adlı tədbir keçirilib. 1 avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününə həsr olunmuş tədbirdə Bakıdakı 44 və 164 saylı tam orta məktəblərin, Ankara, Avropa və Gənc İstedadlar liseylərinin şagirdləri, 183 saylı körpələr evi-uşaq bağçasının fidanları iştirak ediblər.
Kitabxananın direktoru Şəhla Qəmbərova tədbiri açaraq ana dilinin inkişafına dövlət tərəfindən göstərilən diqqət və qayğıdan danışıb. Qeyd olunub ki, bu sahədə ulu öndər Heydər Əliyevin tarixi xidmətləri var. Ümummilli liderin 2001-ci ildə imzaladığı fərmana əsasən avqustun 1-i respublikamızda Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir.
Sonra söz
balacalara verilib. Uşaq yazıçısı Aygün Balın “Meşədə əlifba
bayramı” səhnəciyi göstərilib. Uşaqlar
Sevinc Nuruqızının şeirlərindən
ibarət kompozisiya ilə
çıxış ediblər. İştirakçılar
"Kəpəz Müstəqil Teleradio
Şirkəti"nin istehsalı olan
“Əlifbanı yaradan müəllim”
adlı filmi izləyiblər. Balacalara kitab və jurnallar hədiyyə edilib.
Mədəniyyət.- 2015.- 5 avqust.- S. 4.