Dilimiz varlığımızdır

Milli Kitabxanada 1 avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü ilə bağlı tədbir keçirildi.

Kitabxananın direktor müavini Gülbəniz Səfərəliyeva tədbiri açaraq Azərbaycan əlifbasının və dilimizin keçdiyi inkişaf yolundan danışdı. Qeyd olundu ki, Azərbaycan dilinin öyrənilməsi, təbliği və inkişaf etdirilməsində dilçi alimlərimizin mühüm xidmətləri olub.

Kitabxananın əməkdaşları, şairələr Fəridə Hacıyeva və Səyyarə Məmmədli Azərbaycan dilinə həsr etdikləri şeirlərini oxudular. Əlamətdar günlə əlaqədar hazırlanan və 200-ə yaxın ədəbiyyatı özündə əks etdirən kitab sərgisi iştirakçılar tərəfindən maraqla qarşılandı.

Lalə Azəri

 

Mədəniyyət.- 2015.- 5 avqust.- S. 4.